Icma.az
close
up
RU
Xarici dillər üzrə yeni imtahan modeli şagirdlərin yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir

Xarici dillər üzrə yeni imtahan modeli şagirdlərin yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 yanvar, AZƏRTAC

Son günlər Dövlət İmtahan Mərkəzinin xarici dillər üzrə buraxılış imtahanları ilə bağlı təqdim etdiyi yeni model ətrafında ciddi müzakirələr aparılır. Bu yenilik gözlənilməz deyil. Dünya təcrübəsinə baxdıqda uzun illərdir xarici dillərin yalnız test vasitəsilə deyil, real bacarıqlar üzərindən qiymətləndirildiyini görürük. Azərbaycan da tədricən bu istiqamətə doğru addımlayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib.

O bildirib ki, yeni imtahan modelində dinləmə, oxu və yazı bacarıqlarının ayrıca ölçülməsi, xüsusilə yazı tapşırığında şagirdlərdən ən az 100 sözlük strukturlaşdırılmış fikir yazısının tələb olunması, xarici dilin “imtahan predmeti” olmaqdan çıxıb real ünsiyyət alətinə çevrilməsi baxımından mühüm dəyişiklikdir. Bu yanaşma beynəlxalq dil imtahanlarının-IELTS, TOEFL, Cambridge assessment modellərinin əsas fəlsəfəsi ilə üst-üstə düşür. Orada da əsas sual “şagird qaydanı bilir?” yox, “şagird fikrini ifadə edə bilir?” olur. Amma burada bir məsələni açıq deməliyik, imtahan modeli dəyişirsə, dərs yanaşması da dəyişməlidir. Əks halda, müəllim eyni üsulla dərs keçib fərqli nəticə gözləyəcəksə, bu, nə şagirdə, nə də müəllimə fayda verəcək. Yazı tapşırığı artıq əzbərlənmiş cümlələrdən ibarət deyil. Şagird mövzuya münasibət bildirməli, arqument irəli sürməli, qarşı tərəfin mövqeyini nəzərə almalı və nəticə çıxarmalıdır. Bu isə düşünmə bacarığı tələb edir.

Müəllimlər üçün əsas sual indi “bu imtahana necə hazırlaşdıraq?” olmalıdır. İlk növbədə yazı dərsdə ayrıca və sistemli şəkildə öyrədilməlidir. Şagirdlərə yalnız mövzu vermək kifayət deyil. Onlara fikir planlamağı, mövzunu giriş-inkişaf-nəticə ardıcıllığında qurmağı, səbəb və nümunə göstərməyi addım-addım öyrətmək lazımdır. Dünya təcrübəsində yazı dərsləri məhz bu cür aparılır, əvvəl fikir formalaşır, sonra dil gəlir.

O əlavə edib ki, ikinci vacib məsələ sinifdə şifahi müzakirələrin artırılmasıdır. Şagird danışmağı bacarmırsa, yazmaq da çətin olacaq. Dərsdə sadə razılaşmaq və razılaşmamaq tipli müzakirələr, cütlərlə fikir mübadiləsi, qısa şifahi arqumentlər yazıya keçidi xeyli asanlaşdırır. Yazı imtahanda təkbaşına yaranmır, o, sinifdəki ünsiyyətin nəticəsidir. Üçüncü olaraq, müəllimlər qiymətləndirməyə yanaşmanı da dəyişməlidir. Yazını yalnız qrammatik səhvlər üzərindən yoxlamaq artıq kifayət etmir. Fikrin aydınlığı, məntiqi ardıcıllıq, mövzuya uyğunluq və əlaqələndirici sözlərin istifadəsi əsas meyarlara çevrilir. Bu da müəllimdən daha çox müşahidə və refleksiya tələb edir. Əlbəttə, bu dəyişikliklər müəllim üçün əlavə yük kimi görünə bilər. Amma uzunmüddətli perspektivdə bu yanaşma həm şagirdin real dil bacarığını inkişaf etdirir, həm də müəllimin dərsini daha mənalı edir.

“Xarici dil yalnız testdən keçmək üçün deyil, fikrini ifadə etmək üçün öyrədildikdə, dərsin dəyəri artır. Yeni imtahan modeli bizə bir mesaj verir, artıq şagirdi əzbərə yox, düşünməyə hazırlamalıyıq. Bu proses bir gündə baş verməyəcək, amma mərhələli tətbiq, pilot imtahanlar və dərsliklərin uyğunlaşdırılması düzgün istiqamətdə atılmış addımlardır. Əsas məsələ müəllimin bu dəyişikliyi qorxu ilə yox, inkişaf imkanı kimi görməsidir. Bu yenilikləri düzgün oxusaq, başa düşərik ki, məqsəd şagirdi çətin vəziyyətə salmaq yox, onu real həyatda dili istifadə edə bilən fərd kimi formalaşdırmaqdır və bu yolda müəllimin rolu həlledicidir”,- deyə G.Əkbərova bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri