Icma.az
close
up
RU
Xarici diplomatların Laçın səfəri, yaxud həqiqətlər faktların dili ilə...

Xarici diplomatların Laçın səfəri, yaxud həqiqətlər faktların dili ilə...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağada səfərdədirlər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri yalnız rəsmi xarakter daşımır. Bu səfərlər, əslində, otuz ilə yaxın davam edən biganəliyin, ikili standartların və reallıqlara göz yuman siyasətin üzünə tutulan ayna rolunu oynayır.

Mütəmadi və davamlı proses: səfərlər sistemli yanaşmadır

Son beş ildə Azərbaycan işğaldan aazad edilmiş ərazilərində ciddi inkişaf yaşanır. Təkcə mina təmizləmə, yol çəkmə, hava limanları tikməklə kifayətlənməyib. Həmin yerlərə xarici diplomatik korpusun, beynəlxalq media təmsilçilərinin və tanınmış ictimai-siyasi simaların səfərləri təşkil edilir. Təbii ki, bu, təsadüfi sayıla bilməz, birmənalı şəkildə dövlət səviyyəsində yürüdülən ardıcıl diplomatik strategiyanın tərkib hissəsidir.
Bu gün həmin proses daha da sistemli xarakter alıb. Diplomatik nümayəndələr təkcə Füzuli və Şuşanı deyil, Laçını, Zəngilanı, Kəlbəcəri də ziyarət edirlər. Elə bu gün, iyunun 20-də xarici diplomatlar Laçındadırlar. 

Uzun illərin susqunluğu, diplomatik biganəlik...

Otuz il müddətdə dünya ictimaiyyəti, xüsusilə də Azərbaycanda fəaliyyət göstərən bəzi diplomatik nümayəndəliklər bu haqsızlığa selektiv yanaşdılar. BMT Təhlükəsizlik Şurasının  qətnamələrinə, ATƏT hesabatlarına baxmayaraq, Ermənistanın işğal faktına ya göz yumuldu, ya da “neytral mövqe” adı altında görməzlikdən gəlinməyə çalışıldı.

Ən acısı o idi ki, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Şuşa və digər işğal edilmiş ərazilərimiz Azərbaycanın xəritəsində olsa da, bəzi səfirliklərin təqvimində yox idi.

Gerçəklik, Azərbaycan torpaqları və erməni vəhşiliyinin izləri

Xarici diplomatlar bu gün həmin ərazilərdə reallığı öz gözləri ilə görürlər. Dağıdılmış kəndlər, yandırılmış evlər, yerlə-yeksan edilmiş məscidlər, talan edilmiş qəbirlər, güllələnmiş heykəllər və tarixdən silinmək istənilən izlər…
Bu səfərlər bir növ “səssiz şahidlik” funksiyasını daşıyır. Diplomatik nümayəndələr artıq Ermənistanın “mədəni missiya” və ya “müdafiəçi mövqeyi” adı altında törətdiyi vəhşilikləri görürlər. Həqiqət bəzən susur, amma dağıntılar danışır.

Dağıntıdan dirçəlişə

Səfərlər həm də Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda  yenidənqurma iradəsini nümayiş etdirir. Yol çəkilir, məktəblər, xəstəxanalar, məscidlər və mədəniyyət ocaqları bərpa olunur. Laçında, Füzulidə, Zəngilanda hava limanları fəaliyyətə başlayıb. Ağıllı kənd və şəhər layihələri icra olunur. Qayıdış proqramı həyata keçirilir, artıq sakinlər doğma torpaqlarına dönməyə başlayıb.

Faktlar bəyanatlardan güclüdür

Xarici diplomatlar bu gerçəklikləri yerində görür. Artıq boş və formal cümlələr eşidilmir. Faktlar danışır. Onlar Azərbaycan dövlətinin, xalqının öz torpaqlarına necə bağlı olduğunu, bu torpaqların tarixini, kimə məxsus olduğunu gözləri ilə görürlər.

Ona görə də diplomatların azad edilmiş bölgələrə səfərlərini sadə bir səfər kimi qəbul etmək düzgün deyil. Bu, böyük bir tarixin, ədalətin və milli iradənin şahidi olmaqdır.

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri