Xarici İşlər Nazirliyi: Polşa Prezidentinin Aİnin Ermənistandakı missiyası ilə birlikdə sərhəd bölgəsinə səfəri antiAzərbaycan siyasətin nümayişidir
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk",-məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib:
"Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















