Xarici İşlər Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də nazir Ceyhun Bayramovun rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin kollektivi xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Baxış sayı:103
Bu xəbər 12 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















