Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Daxili və xarici dövlət borcları

Daxili və xarici dövlət borcları

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi 2025-ci ilin I rübü üzrə dövlət borcuna dair hesabatını açıqlayıb. Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi baxımından əhəmiyyətlidi.

Hesabata əsasən, 2025-ci il aprelin 1-i tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 26,615 milyard manat və ya 2025-ci il üzrə 130,663 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizini təşkil edib. Ümumi dövlət borcunun 8,614 milyard manatı (5 milyard ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18 milyard manatı manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşür. Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30,0%-dən çox olmaması və xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.

Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 15,8 faizini təşkil etmişdir.

Xarici dövlət borcu 5.067,0 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir. 2025-ci ilin ilk 3 ayında xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalmışdır. Xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,9 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 51,1 faizini təşkil etmişdir. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,6 faiz, avro – 6,0 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,5 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,6 faiz.

Dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 138,7 milyon ABŞ dolları məbləğində əsas borc, 82,6 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib. 2025-ci ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları (Dövlət Neft Fondu və Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.

01 aprel 2025-ci il tarixinə daxili dövlət borcu 18.001,3 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə 658,4 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 8,848 milyard manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,154 milyard manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Dövriyyədə olan 8.847,6 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 16,0 faizi 1 illik, 73,8 faizi 2 və 3 illik, 10,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür. Dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,33 təşkil etmişdir. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəb olub. 2025-ci ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 642,1 milyon manat məbləğində əsas borc ödənişləri, 110,4 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10, 965 milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,4 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 9.237,8 milyon manatı (5.434,0 milyon ABŞ dolları) və ya 84,2 faizi xarici kreditlərin, 1.727,5 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 63,3 faiz, avro – 18,7 faiz, manat – 12,3 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar – 1,8 faiz. Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 faizini sabit, 41,8 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.

Göründüyü kimi, Azərbaycanda daxili və xarici borclar idarə oluna bilən səviyyədədir. Bunlarla yanaşı, ölkə öz borclarını ödəyə bilmək qabiliyyətindədir. Bunlarla yanaşı, neftin qiymətlərində enmə müşahidə edilsə də, 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Belə ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6,924 milyard manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2,065 milyard manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib. 2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 191,9 milyon manat proqnoza qarşı 10 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub.

Hazırda dünya bazarında neftin qiymətləri 60-62 dollar ətrafında dəyişir. Dövlət büdcəsində isə “qara qızıl”ın qiyməti 70 dollardan götürülüb. İqtisadiyyatı neft-qaz gəlirlərindən asılı olan ölkə üçün dünya bazarında onun qiymətlərinin necə dəyişməsi həmişə prioritet və gündəmdə olan məsələdir. Mərkəzi Bank tərəfindən bu il proqnozlaşdırılan neftin orta qiyməti 77,3 dollar, təbii qazın orta qiyməti isə 349 dollardır. Dünya birjalarında isə neft ucuzlaşır. Bu ucuzlaşma uzunmüddətli olacağı təqdirdə Azərbaycanın gəlirlərinin azalmasına ciddi təsir göstərəcək.

Digər tərəfdən, ölkəmizdə son illərdə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatı azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon, 2024-cü ildə 29,1 ton təşkil edib. Əvəzində isə qaz hasilatı artıb.

2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz istehsal olunub. Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.

“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.

Mahir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 May 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri