Xarici parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarında
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.
Modern.az xəbər verir ki, ziyarətçilər arasında Pakistan Senatının sədri Syed Yusuf Rza Gilani, Belarus Milli Assambleyasının Respublika şurası sədr müavini Valdislav Tatarinoviç, Tacikistan parlamentinin nümayəndələr palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, Kamboca parlament sədrinin müavini Sot Vonq və beynəlxalq parlament konfransının digər iştirakçıları var.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər.
Ardınca Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb. Sonra isə “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyulub və şəhidlərin xatirəsi yad edilib.
Sahibə Qafarova qonaqları şəhərimizin mənzərəsi ilə də tanış edib.
Sonda isə qonaqlar beynəlxalq parlament konfransının keçirilməsi ilə əlaqədar Milli Məclisə gediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















