Icma.az
close
up
RU
Xarici siyasətimizin uğurları...

Xarici siyasətimizin uğurları...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müxtəlif platformalar vasitəsilə təşviq edilir

Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda yeni çağırışlar meydana gəlir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.

Regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.

Cənubi Qafqazın yeni mənzərəsi yaranıb

Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib.

Uğurlu platforma

Yeni reallıqlara gəlincə, Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi təşəbbüsləri ilə çıxış edir. Bu təşəbbüslər beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir. Müxtəlif platformalar vasitəsilə Azərbaycanın məlum mövqeyi müxtəlif ölkələrə, təşkilatlara və onların nümayəndələrinə çatdırılır. Bu baxımdan,  ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən birgə təşkil olunan “Xarici Siyasət Proqramı” da önəmli layihədir. Yeri gəlmişkən, iyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov  “Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüşüblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə “Xarici Siyasət Proqramı” barədə tədbir iştirakçılarına qısa məlumat verilib. Bildirilib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu proqramda indiyədək 90-a yaxın ölkədən 150 diplomat iştirak edib. Cari il üçün nəzərdə tutulan proqramda isə 27 ölkəni təmsil edən 30 diplomat yer alır. Proqramın əsas məqsədi Azərbaycanla xarici ölkələr arasında qarşılıqlı anlaşmanın, diplomatik əlaqələrin və əməkdaşlıq imkanlarının dərinləşdirilməsidir.

Komitə sədri Səməd Seyidov Milli Məclisin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Bildirib ki, hazırda parlamentdə 100-dən artıq ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, həmçinin diqqətə çatdırıb ki, parlament 19 beynəlxalq parlament təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Milli Məclisi hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Asiya Parlament Assambleyası da daxil olmaqla, 3 beynəlxalq parlament qurumuna sədrlik edir.

Azərbaycan sülh və əməkdaşlığı təşviq edir

Dünyada və regionda baş verən prosesləri dəyərləndirən komitə sədri qlobal və regional transformasiya meyilləri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda formalaşmaqda olan yeni dünya düzənində dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artıb. Ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardan söz açan Səməd Seyidov Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.

Görüşdə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin prioritetləri barədə fikirlərini bölüşən parlamentin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və deputat Qaya Məmmədov ölkəmizin ilbəil artan beynəlxalq nüfuzundan bəhs edib, Azərbaycanın həm regional, həm də qlobal güclərlə konstruktiv dialoq quraraq qarşılıqlı maraqlara əsaslanan uğurlu əməkdaşlıq münasibətləri formalaşdırdığını bildiriblər. Deputatlar, həmçinin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın etibarlı sülh və tərəfdaşlıq platforması kimi tanınmasına töhfə verdiyini vurğulayıblar.

Sonda görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb. Bütövlükdə, “Xarici Siyasət Proqramı” çərçivəsində keçirilən bu görüş regionda yeni reallıqların müəllifi olan Azərbaycanın siyasətinin təqdimi baxımdan önəmli tədbirdir.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri