Xarici suvenirlər casus cihazına çevrilə bilər Çindən rəsmi xəbərdarlıq
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Çin vətəndaşlara xaricdən gətirilən suvenirlərlə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi vətəndaşlara xəbərdarlıq edib ki, başqa ölkələrdən gətirilən suvenirlər vasitəsilə izlənilmə ehtimalı mövcuddur.
"Xarici casus və kəşfiyyat orqanları diqqət çəkməyən kiçik əşyaları real vaxt rejimində yer təyinetmə və telefon dinləmə funksiyaları ilə təchiz edə bilərlər", - deyə agentlik bildirib.
Məlumata görə, bu cür risk daşıyan əşyalar arasında bel çantaları üçün asılqanlar, breloklar və digər aksesuarlar var. Xüsusilə məmurlar, məxfi xidmət əməkdaşları və alimlər bu cür izləmə cəhdlərinə daha çox məruz qala bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 İyul 2025 05:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















