Icma.az
close
up
RU
Xarici ticarət dövriyyəmiz 6 ayda 24 milyard dollara çatıb

Xarici ticarət dövriyyəmiz 6 ayda 24 milyard dollara çatıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

104 ölkə ilə ixrac, 160 dövlətlə idxal əməliyyatı aparılır

Son illər Azərbaycan iqtisadiyyatında baş verən dinamik dəyişikliklər ölkəmizin dünya iqtisadi sisteminə daha fəal inteqrasiya olunmasına və ixrac imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə əlverişli şərait yaradıb. Xüsusilə də qeyri – neft sektorunun inkişafı və rəqabət qabiliyyətli məhsulların istehsalı istiqamətində həyata keçirilən kompleks layihələr özəl bölmənin sürətli inkişafına güclü təkan verib.

Ölkədə sahibkarlığın inkişafı üçün möhkəm hüquqi baza formalaşdırılıb, iqtisadi sərbəstliyin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İslahatların icrası zamanı isə biznes mühitinin liberallaşdırılması, investisiya cəlbediciliyinin artırılması və ixrac proseslərinin daha çevik, şəffaf mexanizmlər üzərində qurulması məsələləri diqqətdə saxlanılıb.

Bütün bunların nətisində reallaşdırılan idxal –ixrac prosesi yüksək göstəricilərlə müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında 104 ölkə ilə ixrac, 160 ölkə ilə idxal əməliyyatları həyata keçirilib. Hesabat dövründə xarici ticarət dövriyyəsi 23 milyard 964 milyon ABŞ dollarına yüksəlib. Ticarət dövriyyəsində 12 milyard 442 milyon dollar (51,9 faiz) ixrac, 11 milyon 522 milyon dollar (48,1 faiz) isə idxal məhsullarında qeydə alınıb, nəticədə 920 milyon dollarlıq müsbət saldo əldə olunub. Qeyd edək ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 9,4 faiz çoxalıb. İlin ötən 7 ayında qeyri – neft – qaz məhsullarının ixracı isə 1 milyard 754 milyon dollara yüksəlib.

İxracın genişlənməsi üçün mühüm şərtlərdən biri olan gömrük prosedurlarının sadələşdirilməsi və ticarət maneələrinin minimuma endirilməsi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə son illərdə gömrük sistemində köklü dəyişikliklər həyata keçirilib, məsələn, elektron bəyannamə sistemi, “Yaşıl dəhliz” mexanizmi, idxal-ixrac əməliyyatlarında operativliyin artırılması üçün vahid pəncərə prinsipi tətbiq edilib. Nəticədə tranzit daşımalarının optimallaşdırılması və logistika xərclərinin azaldılması, ixracatçılar üçün əlverişli şəraitin yaradılması mümkün olub.

Bununla yanaşı, ticarət infrastrukturunun müasirləşdirilməsi istiqamətində də ciddi addımlar atılıb. Müasir anbar sistemlərinin, sərhəd – keçid məntəqələrində yeni texnoloji avadanlıqların istifadəsi nəticəsində yük axını daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilib.

Yuxarıda sadalanan layihələr sırasında texnoloji modernləşmə və məhsul keyfiyyəti amili də diqqətdə saxlanılıb. Belə ki, Azərbaycan sahibkarlarının beynəlxalq bazarda rəqabət aparmaq üçün yüksək keyfiyyətli məhsul istehsalına xüsusi önəm verilib. Bunun üçün ən müasir texnika və avadanlıqlar ölkəyə gətirilərək istehsalat prosesində tətbiq olunub. Müəssisələrdə texnoloji proseslər tamamilə yenidən qurulub, avtomatlaşdırılmış idarəetmə sistemlərinə və innovativ istehsal metodlarına xüsusi diqqət yetirilib. Bununla da həm məhsulun keyfiyyəti artırılıb, həm də istehsal xərcləri optimallaşdırılaraq rəqabət qabiliyyəti möhkəmləndirilib.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun siyasət aparması (daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizə və rəqabətin inkişaf etdirilməsi) da ixracatçılar üçün yeni imkanlar açıb. Bu yanaşma həm yerli sahibkarların mövqeyini möhkəmləndirib, həm də istehlakçıların keyfiyyətli məhsullara əlçatanlığını gerçəkləşdirib. Eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət gücləndirilib. Dövlət standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində beynəlxalq tələblərə uyğun mexanizmlər tətbiq olunub. Bu islahatlar sayəsində milli istehsalçıların xarici bazarlara daha rahat çıxışı və ixrac coğrafiyasının genişlənməsi reallaşıb.

Ölkənin xarici ticarətində yüksək göstəricilərin əldə olunmasında təbii ki, sadalanan amillərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcədə güclənib, ixrac mallarının çeşidi artıb. Bu, ölkəmizə Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir layihənin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib. Bütün bunlarla bərabər, ixrac potensialının güclənməsini son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların genişləndirilməsi də sürətləndirib.

Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük – vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.

Yeri gəlmişkən, ölkədə ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir vəzifənin gerçəkləşdirilməsinin əsas şərti kimi davamlı və yüksək iqtisadi artıma nail olunması göstərilib.

Buna görə də Milli Prioritetlərə əsaslanaraq hazırda milli iqtisadiyyat şaxələndirilir, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün qeyri – neft iqtisadiyyatının inkişafı diqqət mərkəzində saxlanılır. İqtisadi artımın qabaqcıl və səmərəli özəl təşəbbüslərə söykənməsi, dövlət və özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər, yeniliyə meyilli özəl sektorda fəallıq daha da canlandırılır, qeyri – neft sektorunun maliyyələşməsində bu sahənin payı artırılır.

Beləliklə, ixrac potensialının gücləndirilməsi istiqamətində görülən işlər yalnız iqtisadi göstəricilərə deyil, həm də ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Müasir gömrük və ticarət sistemləri, innovativ istehsal texnologiyaları, keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi və rəqabət mühitinin inkişafı Azərbaycanı regionun mühüm ixrac mərkəzlərindən birinə çevirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri