Icma.az
close
up
RU
Xarici ticarət dövriyyəmiz 12 milyard dollara çatıb

Xarici ticarət dövriyyəmiz 12 milyard dollara çatıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 151 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac edilib, 142 ölkədən idxal olunub.

Məlumatda bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar–mart aylarında xarici ticarət dövriyyəsi 11 milyard 956,3 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 293,3 milyon dollar, idxalın dəyəri 5 milyard 663 milyon dollar təşkil edib, nəticədə 630,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin I rübü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə 3,9 faiz artıb. İdxal real ifadədə 24,8 faiz artıb, ixrac isə 8,6 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 90,2 faizi İtaliya, Rusiya, Türkiyə, Çin, Almaniya, Birləşmiş Krallıq, Çexiya, Avstraliya, Rumıniya, Xorvatiya, Gürcüstan, Portuqaliya, Meksika, Yunanıstan, İsveçrə, Bolqarıstan, İran, Kanada, ABŞ, İrlandiya, Braziliya, Qazaxıstan və Ukrayna ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,1 faizi Rusiyanın, 17,8 faizi Çinin, 10,5 faizi Türkiyənin, 5,1 faizi Avstraliyanın, 4,4 faizi Birləşmiş Krallığın, 4,3 faizi Almaniyanın, 3,4 faizi Meksikanın, 2,7 faizi İranın, 2,3 faizi Kanadanın, hər biri 2,1 faiz olmaqla Braziliya və ABŞ-ın payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, mineral məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.

İdxal olunan malların 42,1 faizini avtomobil, 36,3 faizini hava, 11,4 faizini dəniz, 9,8 faizini dəmir yolu nəqliyyatı ilə gətirilib, 0,4 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri