Icma.az
close
up
RU
Xəbərdarlığa məhəl qoymadan işarələri sökdülər Baksol yolu nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmə

Xəbərdarlığa məhəl qoymadan işarələri sökdülər Baksol yolu nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmə

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham olunan Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsinin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Cümşüdov ona ünvanlanan sualları cavablanıdırıb.

Dövlət ittihamçısının suallarını cavablandıran A.Cümşüdov bildirib ki, həmin ərazidə mayın 14-də çökmə baş verib: "Bədbəxt hadisənin baş verdiyi ərazidə mayın 14-də çökmə baş verib. Mən həmin vaxt təqribən 1 kilometr uzaqlıqda çalışırdım. Operativ idarəetmə mərkəzindən bizə çökmə ilə bağlı məlumat verildi. Biz də ərazini qanuna uyğun olaraq lentləyib, müvafiq xəbərdaredici nişanlar qoyduq. İyunun 4-də rəhbərlikdən dedilər ki, o ərazidən çıxın, daha sizin orada işiniz qalmayıb. "Baksol yolu"nda çöküntü olduğu kimi qaldı. İyunun 26-da bu hadisə baş verdi. İyunun 30-da isə ADSEA-nın mətbuat xidməti məlumat yayıb və hadisənin səbəbini geniş açıqlayıb".

Dövlət ittihamçısı hadisə ilə bağlı videoda qırılmış lentlərdən başqa heç nə olmadığını və ora kiminsə dik tökdüyünü deyib. O, təqsirləndirilən şəxsdən bununla bağlı məlumatı olub-olmadığını soruşub.

Azər Cümşüdov bunun sahibkarlar tərəfindən törədildiyini bildirib: "Biz həmin ərazini lentlədikdən sonra sahibkarları xəbərdar etdik. Onlar isə xəbərdarlığa məhəl qoymayaraq işarələri sökdü. Ərazinin üzərinə kosmetik dikt taxta töküblər və hətta təmir materialları qoyublar. Yol da ağırlığa dayanmayıb, çöküb".

O, əlavə edib ki, nişanların yığışdırılmasına nəzarət istismar sahəsinin vəzifəsi olub.

Dövlət ittihamçısı ondan gələn proses həmin nişanlanma aparılması ilə bağlı şəkilləri məhkəməyə təqdim etməsini istəyib.

Prosesin davamında zərərçəkən tərəfin vəkilinin suallarına cavablandıran Azər Cümşüdov deyib ki, çökmə ilə bağlı rəhbərliyini dəfələrlə xəbərdar edib: "Dəfələrlə rəy vermişəm ki, həmin ərazi qəzalı vəziyyətdədir, materiallar sovet dövründən, 1986-cı ildən qalıb, yenilənməlidir. Hətta ona yaxın ərazidə daha öncə çökmə də olub, təmir etmişik. Hissə-hissə təmir iləri aparırdıq. O, ərazi ilə bağlı dedilər ki, material yoxdur".

Zərərçəkən Cümşüd Cümşüdlünün anası məhkəmədə deyib ki, o, şikayətini geri götürməsi ilə bağlı öz qaynı tərəfindən təhdid olunur: "Mənim qaynım Vidadi Abbasov da "Azərsu"da rəhbər vəzifədə işləyir. O, hətta oğlum dəfn olunandan sonra orada çalışan dostlarını çağırıb Novxanıda yeyib-içib əyləniblər. Oğluma guya 3 mərasimi veriblər, özləri iştirak edib, lakin mən iştirak etmədim, oğlumun məzarının başında qaldım. Onun atası polkovnik olub. Dörd il öncə vəfat edib. Əziyyətlə böyütdüyüm oğluma görə heç kim mənə başsağlığı vermədi. Bir ana kimi məni saymadılar. Hətta qaynımın oğlu məni təhdid elədi ki, şikayətimi geri çəkim. Bacım mətbuata açıqlama verdi deyə, məni təhqir etdilər ki, niyə ictimailəşdirmisən? Su Kanal İdarəsində çalışan İntiqam adlı şəxs də mənə dedi ki, boşuna əziyyət çəkirsən. Onsuzda yazığın birini tutacaqlar. Gəl, şikayət etmə, sənə köməklik edək. Mən onların qaynımla əlbir olduqlarını düşünürəm. Mən şikayətçiyəm. Heç kim məni ziyarət etməyib, qəbir daşına belə kömək etməyiblər".

Azər Cümşüdov bildirib ki, onun məsuliyyətə cəlb olunduğundan prosesin ən sonunda xəbəri olub: "Məni Prokurorluğa lap axırda çağırdılar. Dedilər ki, şahid qismində ifadə verəcəksən. Bir gün qalmış isə ittiham verdilər. Mənim günahım yoxdur. Əgər azacıq da olsa təqsirliyəmsə, cəzamın 10 qatını çəkməyə razıyam".

Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, rəislərin və digər şəxslərin məhkəmədə dindirilməsi üçün vəsatət verəcək.

Növbəti proses fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Fevral 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri