“Xəbərdarlıq etmişdik, dinləmədilər” “Real”dan Fransa millisinə ittiham
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Real Madrid” Fransa millisinin məşqçi və tibb heyətinin Kilian Mbappenin sağlamlığına laqeyd yanaşmasından sərt şəkildə narazıdır.
“Qafqazinfo” xəbər verir ki, nüfuzlu “L’Équipe” nəşri Madrid təmsilçisinin baş verənlərə görə narazı olduğunu və Fransa düşərgəsinin hərəkətlərini qəbuledilməz saydığını yazıb.
Məlumata görə, Mbappe yığmanın düşərgəsinə hələ gəlməzdən əvvəl keçmiş zədəsinin olduğu nahiyədə yüngül ağrılardan əziyyət çəkirdi. “Kral klubu” əvvəlcədən Fransa millisinin nümayəndələri ilə əlaqə saxlayaraq onları bu barədə xəbərdar etmişdi. Madridlilər ulduz futbolçuya istirahət verilməsini və onun yüklənməsinə həssaslıqla yanaşılmasını xahiş etmişdilər.
Lakin Fransa yığmasında bu xəbərdarlıqlar nəzərə alınmayıb. Mbappe Millətlər Liqasında Türkiyəyə qarşı keçirilən matçda (0:1) heyətdə yer alıb və məhz həmin qarşılaşmada zədələnib.
Tibbi müayinədən sonra hücumçunun sol diz oynağının arxa kapsulunun gərilməsi diaqnozu təsdiqlənib. İlkin məlumatlara görə, fransalı forvard bərpa prosesi üçün azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Sentyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















