Icma.az
close
up
RU
Xəbərin ən doğru ünvanı AZƏRTAC

Xəbərin ən doğru ünvanı AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin 106 yaşı tamam olur

Bakı, 1 mart, AZƏRTAC

AzərTac, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı, AzQafRosta, AzərTA, ZaqTA, Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət Azərbaycan Dövlət İnformasiya Agentliyi...

Ötən dövrdə belə müxtəlif adlarla fəaliyyət göstərən AZƏRTAC bu gün 106 yaşını qeyd edir. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də “Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi təəssüf ki, cəmi 58 gün yaşaya bilib.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Lakin buna baxmayaraq, Agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Agentliyin tarixi adı qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

Agentlik fəaliyyəti dövründə ölkəmizin salnaməsini yazıb, respublikamızın keçdiyi yola informasiya işığı tutub. Üzləşdiyi sınaqlardan uğurla çıxan AZƏRTAC dövlət müstəqilliyinin bərpasından sonra çox keçmədən Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu oynamağa başlayıb. Hazırda isə ölkənin əsas xəbər qaynağı olaraq, öz inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirir, müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək xəbərin doğru, dürüst və həqiqi ünvanı kimi tanınır.

Təkcə elə bu tarixi xatırlatmaqla aydın olur ki, Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın keçdiyi yol çox keşməkeşli, mürəkkəb və çətin olub. O vaxt AZƏRTAC-ın maddi-texniki bazası çox zəif idi. 1932-ci ildə Agentlikdə xaricdən alınmış “Kleynşmidt” markalı ilk teletayp quraşdırılıb.

1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən milli xəbər agentliyinin həyatında əsaslı dönüş mərhələsi, dirçəliş başlayıb. O vaxt “Azərinform” adlanan milli xəbər agentliyi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti kimi İttifaq respublikaları arasında “Ukrinform”dan sonra “Azərinform”u o dövrün müasir “Videoton”, bir qədər sonra isə “Olivetti” markalı kompüterləri ilə təchiz edib.

Agentliyin kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında öz yerini möhkəmləndirmək üçün əzmlə çalışmaqdadır. Ümumilikdə, AZƏRTAC-ın 55 xarici xəbər agentliyi və media subyekti ilə əməkdaşlıq müqaviləsi var, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparılır. Hesabat ilində 4 yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC, həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA, Sinxua və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə sıx əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. AZƏRTAC 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. 2023-cü ildə isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.

AZƏRTAC xəbərlərini xəbər bülletenləri, 5 veb-saytı - azertag.az (əsas sayt), video.azertag.az (videosayt), portal.azertag.az (Uşaq Bilik Portalı), photo.azertag.az (fotosayt) və special.azertag.az (zəif görənlər üçün sayt), həmçinin 34 sosial şəbəkə və mesencer profilləri vasitəsilə yayımlayır. Bunlara “Facebook”, “X”, “LinkedIn”, “YouTube”, “Instagram”, “VKontakte”, “TikTok” sosial şəbəkələri, həmçinin “Telegram”, “WhatsApp” və “WeChat” mesencerləri daxildir.

Agentliyin üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə qazandığı uğurlara dair minlərlə xəbəri, videosu və fotosu yayılır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər AZƏRTAC üçün də əlamətdar bir dövr olmaqla, xəbər yayımının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi ilə səciyyəvidir. Göstərilən daimi diqqət və qayğı sayəsində rəqabətədavamlılığı getdikcə artan, ən müasir texnologiyalarla təchiz edilən Agentlik dörd ildən çoxdur ki, yüksək şəraitə malik yeni binada fəaliyyət göstərir. Bu da informasiyanın keyfiyyətini və operativliyini durmadan yüksəltməyə, dünya informasiya məkanında daha inamla addımlamağa imkan yaradır. AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır. Agentlik Azərbaycan həqiqətlərini planetimizin, demək olar, bütün guşələrinə çatdırır, dünya səviyyəsində mötəbər, dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul olunur.

Azərbaycan hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində şanlı Zəfər, eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünün və suverenliyinin tam bərpası nəticəsində Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bununla ölkə mediasının da qarşısında geniş üfüqlər açılıb.

Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi sahəsində əsaslı islahatlar həyata keçirilir. AZƏRTAC da zamanın çağırışları və müasir tələblərlə ayaqlaşmaq üçün ardıcıl addımlar atır. Kreativ idarəçilik xəbər arxitekturasını daim yeniləməyə, informasiya yayımını beynəlxalq standartlar səviyyəsinə çatdırmağa imkan yaradır. Həyata keçirilən bütün yeniliklər AZƏRTAC-ın fəaliyyətində özünü göstərib.

1920-ci il martın ilk günü fəaliyyətə başlayan AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində operativ informasiyalar verir.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlamətdar olan hesabat ilində AZƏRTAC-ın əməkdaşlarından 1 nəfər “Əməkdar jurnalist” fəxri adına layiq görülüb, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 6 nəfər “Tərəqqi” medalı, 28 nəfər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı” ilə təltif olunub.

Ötən il Gənclər və İdman Nazirliyinin keçirdiyi müsabiqədə AZƏRTAC “İlin ən yaxşı idman media qurumu”, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) ölkədəki media subyektləri, idman azarkeşləri və mütəxəssisləri arasında keçirdiyi ənənəvi rəy sorğusuna əsasən AZƏRTAC “İlin İnformasiya Agentliyi” adına layiq görülüb. AZƏRTAC-ın müxbirləri MEDİA-nın, eləcə də dövlət qurumlarının keçirdiyi müxtəlif yazı müsabiqələrində qalib olub, həmçinin səmərəli əməkdaşlığa görə fəxri fərman və sertifikatla mükafatlandırılıblar. Agentliyin fotoları beynəlxalq müsabiqələrdə 10-dan çox mükafata layiq görülüb.

Qlobal informasiya məkanında özünəməxsus yer tutan Agentlik fəaliyyətini müasir tələblər səviyyəsində qurur, bütün sahələrdə uğurla inkişaf edən müstəqil, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın yeni tarixinin bitkin və real salnaməsini yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Mart 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri