Xəlil Rzanın məhkəmədə ÇIXIŞI Nadir kadrlar
News24 saytına istinadən Icma.az xəbər verir.
20 Yanvar qətliamından sonra Azərbaycanda həbslər başladı. O vaxta qədər baş verən siyasi hadisələrdə aktiv olanların çoxu, özlərini siyasətçi adlandıranlar gizlənməyə, ölkədən qaçmağa üstünlük verdilər. Ancaq istisnalar da vardı. Xalqın bu ağır günlərində onun yanında olanlardan biri də azadlıq aşiqi, şair, fədai Xəlil Rza idi. O, Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən həbs edilərək, Moskvaya, “məşhur Lefertova”ya aparıldı.
Bir müddət sonra onun və onunla birgə “Lefertova”da yatan Məhəmməd Hatəminin, həmçinin Tahir Abbasovun məhkəməsi Bakıda keçirilir. Həmin məhkəmə prosesindən bir qərinədən də çox vaxt keçib. Ancaq Bakı Şəhər Məhkəməsinin o vaxtkı sədri İkram Kərimov və məhkəmə üzvü İlqar Abbasov həmin günləri çox yaxşı xatırlayırlar. Həbs olunanların hər üçü əməllərində cinayət tərkibi olmadığı üçün azad olunurlar.
News24.az RTV-nin yayımladığı Xəlil Rzanın məhkəmədəki çıxışından bir hissəni təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















