Icma.az
close
up
RU
Xərçəng: Gizlədilən müalicə, yoxsa elmin ən çətin sınağı?

Xərçəng: Gizlədilən müalicə, yoxsa elmin ən çətin sınağı?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Xərçəng müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biri olaraq qalır. Tibbin və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, bu xəstəlik ətrafında hələ də çoxsaylı suallar, şübhələr və müzakirələr mövcuddur. Xüsusilə sosial şəbəkələrdə xərçəngin müalicəsinin tapıldığı, lakin müxtəlif səbəblərlə gizlədildiyi barədə iddialar geniş yayılır. Bir tərəfdən xərçəng müalicəsinə milyardlarla dollar vəsait xərclənir, digər tərəfdən isə xəstəlik hər il milyonlarla insanın həyatına təsir etməyə davam edir. Bu isə cəmiyyətdə təbii olaraq suallar yaradır: Doğrudanmı xərçəngin müalicəsi tapılıb və gizlədilir? Yoxsa məsələ düşündüyümüzdən daha mürəkkəbdir?

Son illər sosial media hesablarında xərçəngin müalicəsinin tapıldığına, lakin qəsdən gizlədildiyinə inanan insanların sayının artdığı müşahidə olunur. Bu fikirlərin formalaşmasının əsas səbəblərindən biri insanların tibb elmindən çox, bu sahədə fəaliyyət göstərən böyük iqtisadi strukturlara və dərman şirkətlərinə qarşı güvənsizliyidir.

Həqiqətən də xərçəng böyük bir sənayedir. Dərmanlardan xəstəxanalara, diaqnostikadan əlavə tibbi xidmətlərə qədər bu sahədə hər il milyardlarla dollar pul xərclənir . Xərçəng dərman bazarının həcmi bir çox ölkələrin illik iqtisadi göstəriciləri ilə müqayisə ediləcək səviyyədədir. Bununla yanaşı, xərçəng araşdırmalarına hər il on milyardlarla dollar investisiya yatırılır.

Bəs bütün bu investisiyalar nəticə verirmi? Statistikalara görə, son onilliklərdə xərçəngdən ölüm nisbətində azalma müşahidə olunur. Bununla belə, əhali artımı və diaqnostikanın inkişafı səbəbindən xərçəngdən ölən insanların ümumi sayı artmağa davam edir. Mütəxəssislər hesab edirlər ki, bu yaxşılaşma həm müalicələrin inkişafı, həm də siqaret istifadəsinin azalması və digər risk faktorlarının nəzarət altına alınması ilə bağlıdır.

Xərçəngin tam müalicəsinin hələ də tapılmamasının əsas səbəblərindən biri onun tək bir xəstəlik olmamasıdır. Bu gün yüzlərlə fərqli xərçəng növü mövcuddur və hətta eyni diaqnoz qoyulan iki xəstənin şişi genetik baxımdan bir-birindən fərqlənə bilər. Xərçəng hüceyrələri davamlı mutasiyaya uğrayır, dəyişir və bəzi hallarda müalicələrə qarşı davamlılıq qazanır. Buna görə də xərçənglə mübarizə sabit bir düşmənə qarşı deyil, daim dəyişən mürəkkəb bir bioloji sistemə qarşı aparılır.

Müalicələrin məqsədi də hər zaman xəstəliyi tam aradan qaldırmaq olmur. Bəzi hallarda şişin kiçildilməsi, xəstəliyin nəzarətdə saxlanılması, xəstənin ömrünün uzadılması və ya həyat keyfiyyətinin yaxşılaşdırılması əsas hədəf olur. Kimyaterapiya, radioterapiya, hədəfə yönəlmiş müalicələr və immunoterapiya bu istiqamətdə istifadə olunan əsas üsullardır.

Mövzu ətrafında ən çox müzakirə olunan məsələlərdən biri də dərman şirkətlərinin rolu ilə bağlıdır. Tarixdə bu sahədə müxtəlif qalmaqalların yaşanması insanlarda şübhələrin yaranmasına səbəb olub. Lakin mütəxəssislər qeyd edirlər ki, xərçəngin hər hansı növü üçün qəti və effektiv müalicənin hazırlanması həmin şirkətlər üçün də böyük elmi və iqtisadi uğur olardı. Bu səbəbdən müalicənin qəsdən gizlədilməsi ilə bağlı iddiaları təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil.

Gələcəyin əsas ümidlərindən biri fərdiləşdirilmiş müalicələrdir. Genetik xəritələmə, süni intellekt texnologiyaları və yeni nəsil immunoterapiyalar sayəsində hər xəstəyə onun xəstəliyinin xüsusiyyətlərinə uyğun müalicə təyin etmək mümkün ola bilər. Eyni zamanda xərçəng peyvəndləri və erkən diaqnostika üsulları da bu sahədə ümidverici istiqamətlər hesab olunur.

Nəticə etibarilə, xərçəng ətrafında yaranan suallar və şübhələr müəyyən qədər anlaşılandır. Lakin mövcud elmi məlumatlar göstərir ki, problem hər hansı müalicənin gizlədilməsindən daha çox, xəstəliyin son dərəcə mürəkkəb təbiəti ilə bağlıdır. Buna baxmayaraq, elm xərçəngin daha yaxşı anlaşılması, daha erkən aşkarlanması və daha effektiv müalicəsi istiqamətində irəliləməyə davam edir.

Xərçənglə bağlı bir çox suallar cəmiyyətdə maraq doğurur. Müalicə üsullarındakı yeniliklər, erkən diaqnostikanın əhəmiyyəti və risklərin azaldılması yolları ilə bağlı suallarımızı həkim-genetik İsmayıl Allahverdiyevə ünvanladıq.

Son illərdə xərçəngin müalicəsində hansı yeniliklər əldə olunub?

Xərçəng müalicəsində əsas yeniliklər klassik kimyaterapiya və radioterapiyadan daha çox hədəfə yönəlik və fərdiləşdirilmiş müalicələrə keçidlə bağlıdır. Bu sahədə immunoterapiya mühüm yer tutur. İmmunoterapiya immun sisteminin şiş hüceyrələrini tanıyıb məhv etməsinə kömək edir və bəzi xərçəng növlərində ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Digər mühüm yenilik CAR-T hüceyrə terapiyasıdır. Bu üsul xüsusilə bəzi qan xərçənglərində tətbiq olunur və xəstənin immun hüceyrələrinin genetik olaraq dəyişdirilərək yenidən orqanizmə qaytarılmasına əsaslanır.

Hədəfəyönəlik terapiyalar isə şişin genetik xüsusiyyətlərini hədəfləyir və klassik kimyaterapiya ilə müqayisədə sağlam toxumalara daha az zərər verir.

Bundan əlavə, mRNT texnologiyasına əsaslanan xərçəng peyvəndləri üzərində də mühüm araşdırmalar aparılır. Bu peyvəndlər immun sisteminə şiş hüceyrələrini tanımağı öyrədir və əsasən xəstəliyin yenidən yaranma riskini azaltmağa xidmət edir.

Yekun olaraq, müasir onkologiyada əsas istiqamət hər bir xəstənin genetik profilinə uyğun fərdi müalicələrin tətbiqidir ki, bu da müalicənin effektivliyini artırmağa və əlavə təsirləri azaltmağa imkan verir.

İnsanlar xərçəng riskini azaltmaq və xəstəliyi erkən mərhələdə aşkar etmək üçün hansı müayinələrdən mütəmadi keçməlidirlər?

Skrininq əsaslı onkoloji müayinələr risk nəzərə alınaraq aparılmalıdır. Yəni bu müayinələr hər kəs üçün eyni deyil; yaş, cins, ailə tarixi və irsi faktorlar nəzərə alınır. Məqsəd xəstəliyi hələ özünü göstərmədən, erkən mərhələdə aşkar etməkdir. Əsas skrininq müayinələrinə mammoqrafiya, Pap/HPV testi, kolonoskopiya, eləcə də risk qruplarında aşağı dozalı KT və PSA testi daxildir. Genetik yanaşma xüsusilə irsi risk olduğu hallarda skrininqin başlanma yaşını və aparılma tezliyini müəyyən etməyə kömək edir. Qısası, xərçəng skrininqində ən mühüm prinsip “hamıya eyni müayinə” deyil, “riskə uyğun fərdiləşdirilmiş müayinə”dir.

Sonda demək istəyirəm ki, müntəzəm olaraq xəstə olmağınıza ehtiyac yoxdur. Adətən xəstə olduğumuz zaman həkimə gedirik. Halbuki hazırda edə biləcəyiniz ən vacib şey müayinələrinizi (skrininqlərinizi) gecikdirməməkdir. Səhiyyə sistemimizin hələ ki, ideal olmadığını bilirik, bəli, bunu qəbul edək. Amma hələ də çox yaxşı həkimlərimizin olduğunu unutmayaq. Xəstəxanalardan qorxmayın, müayinələrinizi gecikdirməyin.

Südabə Mətanətli 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri