Icma.az
close
up
RU
“Doğrunu desəm, neçə manat verəcəksiniz?”

“Doğrunu desəm, neçə manat verəcəksiniz?”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanında Raskolnikovun yuxusunu xatırlayırsınızmı? Sərxoş kəndli Mikolka gücdən düşmüş atı hamının gözü qarşısında vəhşicəsinə döyür. Ətrafdakılar bu mənzərəni seyr edir, gülür, hətta onu daha da qızışdırırlar. Kimsə qamçını tutub bu vəhşiliyi dayandırmır.

Dünən Bakıda, restoranların birində baş verən qanlı davanın görüntülərinə baxanda həmin yuxunu xatırladım. Söz mübahisəsi bıçaqlanmaya keçir, bir gənc yerə yıxılır və hamı dağılışır.

Başa düşməyə çalışdığım bir məqam var: otuz-otuz beş yaşlı, gücünü və fiziki imkanlarını inkişaf etdirmiş idmançılar aralarındakı narazılığı niyə bu qədər asanlıqla zorakılığa çevirirlər? Əzələsini, bədənini idarə etməyi öyrənən insan aqressiyasını niyə idarə edə bilmir? Maslounun məşhur bir sözü var: “Əlində çəkic olan hər kəsə bütün problemlər mıx kimi görünür”.

Xəbər lentindəki videoya dörd, bəlkə də beş dəfə baxdım. Hamının necə qaçdığına – hərənin öz vicdanından necə yüksüz, tələsik arındığını təəccüblə izlədim. Biri əlindəki bıçağı hələ də sağa-sola sovururdu, biri yerə düşən silahı götürmək üçün geri qayıtdı, vurub-yaralayanlar tez-tələsik ərazidən uzaqlaşdılar... Ancaq təkcə onlar yox, orada oturub dolmasını yeyən, çayını içən hamı, son tikəni udub, pencəyini götürüb yerdə qanına qəltan olan o gəncə gözlərinin ucu ilə baxmadan durub qaçdılar. Məncə bu, insanın insandan, vicdanın öz yükündən tələsik qaçışıdır, təhlükədən uzaqlaşmaq deyil.

Əslində, bu xəbər, kütləvi dava, kimisə ölməsi və ətrafdakıların reaksiyası bizim üçün yeni mövzu deyil. Bəlkə də heç köşə mövzusu da deyil, çünki xronikalar hər gün belə xəbərlərlə doludur. Yazıya başlama səbəbim də sadəcə bu hadisəni təhlil etmək deyildi. Günlük xəbərləri oxuyarkən ard-arda gələn iki fərqli məsələnin eyni yerdə kəsişməsi bu yazıya səbəb oldu.

Məlum qətl videosundan dərhal sonra xəbər lentində qarşıma çıxan ikinci xəbər – korrupsiya barədə məlumat verənlərə minimum əməkhaqqının 25 mislinədək mükafat vəd edən qanun layihəsi oldu. İlk baxışda iki fərqli, aidiyyətsiz məsələ kimi görünür. Amma hər iki xəbər eyni gerçəklikdə kəsişir: insanımız doğru olanı etmək üçün, haqsızlığa “dur” demək üçün mənəvi məsuliyyətini itirib.

Bıçaqlı davanın ortasına atılmamaq başqa məsələdir – heç kim öz həyatını riskə atmaq məcburiyyətində deyil. Ancaq təhlükəsiz distantdan təcili yardıma və ya polisə zəng etmək mümkün olduğu halda heç kimin bunu etməməsi artıq fərqli bir problemdir. Sosial psixologiyada buna “seyrçi effekti” deyilir. Hadisə yerində başqa insanlar da olduqda fərd məsuliyyəti öz üzərindən atır və “onsuz da başqası zəng edər” düşüncəsi ilə gözləyir. 1964-cü ildə Nyu-Yorkda Kitti Qenovese 38 qonşusunun gözü qarşısında öldürüləndə də heç kim polisə zəng etməmişdi. Sonralar bu məsələ mediada çox müzakirə olundu. Biri yaralıya əl uzatmaq üçün zəng etməyə “risk etmədiyi” qorxduğu kimi, digəri gözünün önündə talanan dövlət büdcəsini, tapdanan haqqı görüb susur.

Qanun layihəsində məlumat verənin kimliyinin qorunması və hüquqi müdafiəsi kimi zəruri mexanizmlər də var. Çünki insan işini, təhlükəsizliyini itirməkdən qorxduğu üçün susur. Belə hallarda dövlətin müdafiə mexanizmi qurması normaldır. Ancaq burada başqa bir sual var: doğrunu demək niyə mükafatın məbləği ilə ölçülür?

Məsələn səhər öz yerini yığmış, dərsini oxumuş uşağı niyə mükafatlandırırıq? Onsuz da olmalı olan budur axı. Yerini yığışdırmaq, dərsini oxumaq onun məsuliyyəti, borcu deyilmi?

Həqiqətin dəyəri minimum əməkhaqqının 25 misli ilə ölçülürsə, bu hansısa mexanizmlərin işləmədiyini göstərir. Biz məsuliyyətli vətəndaş olmaq prinsipi əvəzinə hər şeyə mükafat və rahatlıq prizmasından baxırıq. Vicdan yalnız pul təklif olunanda oyanacaqsa, deməli, o artıq təməl dəyər yox, alqı-satqı obyektidir.

Korrupsiya barədə məlumat verənə pul vəd etməklə yerdə can verən insana yardım etməyi eyniləşdirmək olmaz. Biri hüquqi tənzimləmədir, digəri sadəcə insan olmaq... Amma eyni günün xəbər lentində bu iki mənzərəni yan-yana görəndə insanı dəhşətə gətirən ortaq bir həqiqət var: biz artıq doğru olanı pulsuz və ya cəzasız etmək vərdişimizi itiririk.

Əslində, cəsarətin neçə manat olması deyil məsələ. Məsələ odur ki, vicdanımız ödənişli xidmətə çevriləndə, küçələrdə axan təkcə qan olmayacaq, insanlığımız da olacaq.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri