Icma.az
close
up
RU
Xərçəng hüceyrələrini öldürən sadə bitki: evinizdən əskik etməyin

Xərçəng hüceyrələrini öldürən sadə bitki: evinizdən əskik etməyin

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Çörəkotu (qara zirə) mövsüm keçidlərində, allergiya hallarında, xolesterol və şəkər xəstəlikləri zamanı təklif edilən bitkidir.

Çörəkotu və yağının ana südünü artıran xüsusiyyəti də var. Türkiyəli tibb mütəxəssisi Sevil Gülsoy isə çörəkotu və yağı haqqında cəmiyyətdə qəbul edilmiş bəzi doğruların səhv olduğunu deyib.

Çörəkotu immunitet sistemini gücləndirdiyindən bir çox xəstəliyə şəfa olaraq məsləhət görülür: “Çörəkotunun faydaları bunlarla da məhdudlaşmır. Çörəkotu şəkər xəstəliyi, artrit (oynaq iltihabı) və astma kimi xəstəliklərdə də simptomları sağaltma xüsusiyyətinə malikdir. Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu bir çox təcrübələrlə müşahidə olunub. Saç və dəriyə qulluq üçün dəstəkləyicidir. Araşdırmalar çörəkotunun tərkibində 100-dən çox mürəkkəb birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri “nigellon” və “alpha pinen” birləşmələri, omeqa-3, omeqa-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları, xüsusilə, immunitet sisteminin güclənməsi üçün son dərəcə əhəmiyyətlidir”.

Salatlara əlavə edəcəyiniz yarım desert qaşığı çörəkotu yağı ilə ləzzət və sağlamlıq qazanarsınız. Çörəkotu toxumunu adətən şora qatırlar. Eyni zamanda, qatığa da əlavə edə bilərsiniz. Çörək, un məmulatlarının üzərinə də səpilir. Çörəkotu tərkibindəki komponentlər sayəsində hüceyrə yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü də artırmağa kömək edir. Bunun üçün istər yağ şəklində, istərsə adi toxum şəklində bala qarışdıraraq yemək olar.

S. Gülsoy çörəkotu yağı ilə bağlı doğru bilinən səhvləri bu cür sıralayıb:

Dad: Çörəkotu toxumunun dadı yüngüldür. Dadının acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığını artırmaq üçün sıxma üsulu da əlverişlidir. Bu da rəngin tündləşməsinə, dadın acılaşmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxaraq da anlamaq mümkündür. Halbuki pres üsulu ilə əldə edilən çörəkotu yağında acılıq və boğazı yandırma nisbəti azdır.

Bununla yanaşı, oksigenlə təmas etmiş, saxlama şərtləri uyğun olmayan çörəkotu yağlarında turşuluq və peroksid miqdarı artır. Bu da acı dadmasına və yağın rənginə təsir edir.

Rəng: Yağın rəngi orijinalının sıxılma ilə əldə edilən formasından açıqdır.

Qoxu: Xarakterik çörəkotu qoxusu.

Sağlamlığınızı dəstəkləmək üçün keyfiyyətli və sıxılmış çörəkotu yağına üstünlük verin. Bunun üçün ya yağın peroksid miqdarını ölçdürün, ya da etibarlı, standartlara uyğun istehsal edilənləri seçin.

Aile.lent.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see143

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see142

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see141

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see140

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see139

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see138

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see138

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see137

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see137

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see137

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see136

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see135

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see135

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see134

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see130

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri