Icma.az
close
up
RU
Xərçəngdən qorunmağın 13 yolu

Xərçəngdən qorunmağın 13 yolu

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biri olan xərçəng, hər il milyonlarla insanın həyatına təsir edir. Statistikaya görə, dünyada hər il 18,1 milyon insana xərçəng diaqnozu qoyulur, 9,6 milyon insan isə bu xəstəlik səbəbilə həyatını itirir.


Pravda.az bildirir ki, dünyada ən çox rast gəlinən xərçəng növləri ağciyər, döş, prostat və kolorektal xərçənglərdir. Ən çox ölümə səbəb olanlar isə ağciyər, kolorektal, mədə və qaraciyər xərçəngləridir.


Xərçəngdən qorunmağın yolları:


Siqaretdən uzaq durun


Siqaretin tərkibində 4000-dən çox zərərli kimyəvi maddə var. Bu maddələr DNT-yə zərər verərək hüceyrələrdə dəyişikliklərə səbəb olur və xərçəngin yaranmasına şərait yaradır. Ağciyər, yumurtalıq, lösemi, ağız, qırtlaq, burun, qida borusu, qaraciyər, mədə, böyrək, sidik kisəsi, uşaqlıq və bağırsaq xərçəngləri birbaşa siqaretlə əlaqəlidir.


Şəkər təbii qidalardan alınmalıdır


Hüceyrələr şəkərə ehtiyac duysa da, artıq şəkər və onun yaratdığı piylənmə xərçəngi artırır. Şəkər əsasən meyvə və tərəvəzlərdən alınmalıdır. Uşaqlara sağlam qidalanma vərdişləri kiçik yaşlardan aşılanmalıdır. Şəkərli qidalar həm də bədəndə iltihablanmanı artıraraq xərçəngin yaranmasına səbəb ola bilər.


Yağlı yeməklərdən uzaq durun


Qızartmalar, yağlı ətlər və yüksək yağ tərkibli qidaların istifadəsi azaldılmalıdır. Gün ərzində ən az 5 porsiya meyvə-tərəvəz, xüsusilə C vitamini ilə zəngin yaşıl yarpaqlı tərəvəzlər və sitrus meyvələri yeyilməlidir. Yulaf və həftədə iki dəfə balıq da faydalıdır.
 

Aktiv həyat tərzi qəbul edin


Fiziki aktivlik metabolizmanı yaxşılaşdırır, immun sistemini gücləndirir və stresi azaldaraq xərçəng riskini azaldır. Həftədə 5 gün 30 dəqiqəlik gəzinti döş və yoğun bağırsaq xərçəngi riskini 30-40% azalda bilər.
Tərəvəz və meyvələri yaxşı yuyun


Kimyəvi maddələrin təmizlənməsi üçün meyvə və tərəvəzlər duzlu və sirkəli suda saxlanaraq yaxşıca yuyulmalıdır.
Elektron cihazlara diqqət edin


Dünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, mobil telefon istifadəsi beyin xərçəngi riskini artırır. Telefon istifadə edərkən mütləq qulaqcıqdan istifadə olunmalı, telefon yastıq altına qoyularaq yatmaqdan çəkinilməlidir.


Stresdən uzaq durun


Stres təkcə xərçəng deyil, həm də şəkərli diabet, yüksək təzyiq və ürək xəstəliklərinin əsas səbəblərindən biridir. Stresə qarşı mübarizə üçün fiziki fəaliyyət, meditasiya, musiqi terapiyası kimi üsullardan istifadə edilə bilər.
Piylənməyə qarşı tədbir görün
 

Artıq çəki və piylənmə bir çox xərçəng növünün riskini artırır. Araşdırmalara görə, piylənmə hormon səviyyələrini dəyişdirərək döş, yoğun bağırsaq, uşaqlıq, mədə, böyrək və qaraciyər xərçəngi riskini yüksəldir.


Keyfiyyətli və kifayət qədər yatın


Keyfiyyətsiz və nizamsız yuxu hormon tarazlığını və metabolizmanı pozur. Yuxu zamanı bədən üçün faydalı hormonlar ifraz olunur. Yuxu pozğunluqları bir çox xəstəliyin, o cümlədən xərçəngin yaranmasına səbəb ola bilər.


Mikrodalğalı sobada istifadə olunan qablara diqqət edin


Mikrodalğa sobaları bəzi qidaların tərkibini dəyişdirə bilər. Bu səbəbdən mikrodalğada istifadə ediləcək qabların uyğun materialdan hazırlanmasına diqqət yetirilməlidir.


Günorta saatlarında günəşdən uzaq durun


11:00-16:00 saatları arasında günəş şüaları daha güclü və xərçəngə səbəb olan maddə ehtiva edir. Bu saatlarda günəşə çıxmamaq və yüksək qoruma faktorlu günəş kremlərindən istifadə etmək vacibdir.


Cızıqlı teflon tavalar istifadə etməyin
 

Cızıqlı və köhnəlmiş teflon tavalar xərçəngə səbəb olan maddələr buraxa bilər. Keyfiyyətli və standartlara uyğun məhsullardan istifadə edilməlidir.
Şüşə və taxta mətbəx ləvazimatlarına üstünlük verin


Plastik qablar xərçəngə səbəb olan maddələr ehtiva edə bilər. Bunun əvəzinə şüşə və taxta məhsullara üstünlük verilməlidir. Əgər plastik istifadə olunursa, keyfiyyətli və mikrodalğaya uyğun məhsullar seçilməlidir.
Əminə Bayramova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see145

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see135

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see133

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see131

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see128

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see124

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see123

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see123

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see123

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see122

Almaxanım ana oldu

04 İyul 2025 15:22see121

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see120

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see118

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see118

31 il ötdü...

03 İyul 2025 07:57see118

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see117

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see116

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see115

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri