Xərçəngə qarşı peyvəndin hazırlanmasında irəliləyiş əldə olunub
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ildə xərçəng xəstəliyinə qarşı peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.
Aznews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” jurnalı alimlərə istinadən yazıb.
Müəlliflər xərçəngə qarşı peyvəndin sınaqlarının uğurlu olduğunu qeyd ediblər. Ən son nümunələr effektivliyini göstərib. Hazırda alimlər preparatın dəri, beyin və ağciyər şişlərinə qarşı təsirini öyrənirlər.
“Ümid edilir ki, xərçəngə qarşı peyvəndlər kimyaterapiya və ya cərrahi müdaxilə kimi daha invaziv müalicə metodlarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək”, - materialda deyilib.
Jurnalistlər qeyd ediblər ki, vaksin yaratmaq üçün alimlərə şiş nümunələri lazımdır. Bundan sonra mütəxəssislər onun genomunu ardıcıllıqla sıralayır və genetik mutasiyaların bütün variantlarını axtarırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Yanvar 2025 01:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















