Icma.az
close
up
RU
Xərçəngin ilkin mərhələdə özünü büruzə verən əsas siqnalları

Xərçəngin ilkin mərhələdə özünü büruzə verən əsas siqnalları

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzən adi soyuqdəymə hesab etdiyimiz və keçib gedəcəyini gözlədiyimiz öskürək, əslində bədənimizin bizə göndərdiyi ən ciddi xəbərdarlıq ola bilər. Zaman keçdikcə zəifləmək əvəzinə daha da kəskinləşən bu hal, ağciyərlərdə başlayan gizli təhlükənin ilk carçısı kimi üzə çıxır.
Demokrat.az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin təmsilçiləri üç həftədən çox çəkən öskürəyin ağciyər xərçənginin ilkin göstəricisi ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Daily Mirror nəşrinin yaydığı məlumatda bildirilir ki, insanlar çox vaxt bu vəziyyəti qrip, soyuqdəymə və ya koronavirusun qalıqları ilə qarışdırırlar. Lakin mütəxəssislər vurğulayırlar ki, öskürəyin xarakteri dəyişirsə və ya bəlğəmdə qan izləri görünürsə, bu artıq bədxassəli şişin əlaməti ola bilər.
Xəstəliyin digər mühüm əlamətləri sırasına daimi yorğunluq, səbəbsiz çəki itkisi və nəfəs alarkən sinədə yaranan ağrılar daxildir. Həmçinin təngnəfəslik və iştahsızlıq da diqqətdən qaçırılmamalıdır. Daha az rast gəlinən hallarda isə barmaq uclarının formasının dəyişməsi, səsin qəfil batması, udqunmada yaranan çətinlik və boyun nahiyəsindəki şişkinliklər ağciyər xərçəngindən xəbər verə bilər.
Təhlillər göstərir ki, bu xəstəliyin yaranmasında əsas amil tütün məhsullarından istifadədir. Statistik məlumatlara görə, ağciyər xərçəngi diaqnozu qoyulan şəxslərin 70 faizindən çoxu siqaret çəkənlərdir.
Bundan əlavə, radon qazı, asbest və kömür buxarları ilə mütəmadi təmasda olmaq da risk dərəcəsini artırır. Həkimlər müalicənin uğurlu olması üçün üç həftəlik müddəti kritik hədd hesab edir və gecikmədən müayinə olunmağı məsləhət görürlər.
Yəni, əgər öskürəyiniz uzun müddətdir kəsilmirsə və bədəninizdə qəribə zəiflik hiss edirsinizsə, bunu adi soyuqdəymə sayıb vaxt itirməyin, mütləq həkimə müraciət edin.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri