Xərçənglə bağlı bilinən yanlış fikirlər çoxdur və əslində bu ağır xəstəliyi əməliyyat yox, laqeydlik yayır”
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Xərçəng xəstəliyinin ən təhlükəli cəhəti onun uzun müddət səssiz şəkildə inkişaf etməsidir. Əksər hallarda xəstəlik heç bir ağrı və ya açıq simptom vermədən başlayır, illər ərzində tədricən irəliləyərək bədənin müxtəlif orqan və sistemlərinə yayılır. İnsanlar isə yaranan kiçik dəyişiklikləri gündəlik yorğunluq, stress və ya həyat tərzinin nəticəsi kimi qiymətləndirir. Halbuki həmin əlamətlər vaxtında aşkar olunsa, həyat qurtaran bir siqnala çevrilə bilər.
Xərçəng təkcə fiziki sağlamlığa deyil, eyni zamanda insanın psixoloji durumuna, sosial münasibətlərinə və ailə həyatına ciddi təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, xərçənglə mübarizədə ən təsirli silah erkən diaqnozdur. Mütəmadi tibbi müayinələr, sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və bədənin verdiyi siqnallara diqqətlə yanaşmaq xəstəlik riskini əhəmiyyətli dərəcədə azalda bilər. Ümumdünya Xərçənglə Mübarizə Günü hər bir insana öz sağlamlığına daha məsuliyyətlə yanaşmağı xatırladır.
Əvvəlki illərlə müqayisədə xərçəng xəstəliyinin aşkarlanması və müalicəsində hansı dəyişikliklər müşahidə olunur?Cəmiyyətdə xərçənglə bağlı ən yanlış fikir hansıdır?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan cərrah-onkoloq Emin Bayramov bildirib ki, “xərçəngə bıçaq vurmaq olmaz” kimi elmi əsası olmayan köhnəlmiş fikir bu gün də insanlar arasında yatqındır: “Əvvəlki illərlə müqayisədə xərçəngin diaqnostikasında əsasən də erkən aşkarlanması istiqamətində bir sıra nailiyyətlər var. Qanda dövr edən spesifik tumor DNT fraqmentlerinin aşkar edilməsi –“liquid biopsy” təkmilləşmə mərhələsindədir. Süni intellektin diaqnostikada tətbiqi mammoqrafiya, KT, MRT müayinələrində insan gözünün seçmədiyi kiçik tumorları (şiş) vaxtında aşkar etməyə imkan verir. Onkoloji cərrahiyyə bu gün artıq ənənəvi cərrahiyyə standartlarından kənara çıxaraq yalnız şişi çıxarmağa fokuslanmayıb, şişin bioloji xüsusiyyətlərini də nəzərə almaqla proqnostik daha yaxşı nəticə əldə etməyə fokuslanır. Əməliyyat öncəsi və sonrası kimya, şüa, immun, target müalicələrlə birlikdə tətbiq olunması sayəsində artıq radikal geniş həcmli əməliyyatların yerini orqan qoruyucu əməliyyatlar alır.
Xərçənglə bağlı bilinən yanlış fikirlər çoxdur. “Xərçəngə bıçaq vurmaq olmaz” kimi elmi əsası olmayan köhnəlmiş fikir bu gün də cəmiyyətdə öz “liderliyini” qoruyur. Bu düşüncə insanlar arasında yayğın olduğu üçün bir çox xəstə düzgün müalicə almaq şansından məhrum qalır.
Xərçəngi əməliyyat yox, laqeydlik yayır. Vaxtında diaqnoz və düzgün planlanmış müalicə ilə əksər hallarda xərçəngdən qurtulmağın mümkün olduğu dövrdə yaşayırıq”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 Fevral 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















