Icma.az
close
up
RU
Xərçənglə mübarizə üçün yeni anticisim yaradılıb ARAŞDIRMA

Xərçənglə mübarizə üçün yeni anticisim yaradılıb ARAŞDIRMA

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçin Uppsala Universiteti və Kral Texnologiya İnstitutunun alimləri xərçəng şişinə qarşı T-hüceyrələrin təsirini gücləndirən yeni anticisim yaradıblar.

Araşdırmanın nəticələri “Nature Communications” (NatCom) jurnalında dərc edilib.

Alimlər eyni zamanda dərmanın çatdırılması və immun sisteminin aktivləşdirilməsi məqsədi güdən “üçü bir yerdə konstruksiyası”ndan ibarət misilsiz anticisim növü hazırlayıblar. Bu innovativ inkişaf fərdiləşdirilmiş xərçəng immunoterapiyasına yönəlib.

Preparat immun sistemini yalnız xərçəng hüceyrələrində rast gəlinən spesifik mutasiyalar olan neoantigenləri axtarıb məhv etməyə yönəldir. Yeni anticisim növü şişə yönəlmiş materialı birbaşa müəyyən immun hüceyrələrinə çatdırır və eyni zamanda onları stimullaşdırır. Bu, tədqiqatda qeyd olunduğu kimi, xərçəngə qarşı T-hüceyrələrin reaksiyasını önəmli dərəcədə gücləndirir.

İlkin təcrübələr üsulun səmərəliyini təsdiqləyib: o, insan qan nümunələrində lazımi immun hüceyrələri aktivləşdirir və heyvanlar üzərində aparılan tədqiqatlarda müsbət nəticələr göstərir. Aşağı dozada preparat alan siçanların ömrü uzanıb. Daha çox anticisim yeridilməsi heyvanları xərçəngdən sağaldıb.

Qeyd olunub ki, bu metod əvvəllər öyrənilmiş müalicə üsulları ilə müqayisədə daha təhlükəsiz olub.

Preparat iki hissədən ibarətdir: öncədən böyük miqdarda istehsal edilə bilən hədəfli bispesifik anticisim və konkret xərçəng növü üçün tez və kiçik miqyasda sintez edilən xüsusi peptid hissəsi. Bu cür kombinasiya istehsal xərclərini azaldır və terapiyanın adaptasiyasını sürətləndirir, xəstələr üçün diaqnozdan müalicəyə daha sürətli keçidi təmin edir(report).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see286

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see274

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see234

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see220

Gənc ana və oğulları

09 İyun 2026 03:48see200

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see199

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see194

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see189

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see183

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see179

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see178

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

09 İyun 2026 01:10see174

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see172

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see169

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see168

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see167

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see158

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see155

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

09 İyun 2026 04:37see151

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri