Xərçənglə mübarizədə ciddi uğur yeni dərman şişləri yox etdi
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xərçəngin ağır formalarının müalicəsi ilə bağlı aparılan yeni tədqiqat ümidverici nəticələr ortaya qoyub.
Ölkə.az xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, “Amivantamab” preparatının sınaqlarında baş, boyun və ağciyər xərçənginin ağır formalarından əziyyət çəkən, standart müalicənin artıq təsir göstərmədiyi 102 xəstə iştirak edib.
Məlumata görə, 43 xəstədə şişlər bir neçə həftə ərzində nəzərəçarpacaq dərəcədə kiçilib və ya tamamilə yox olub.
Həkimlər bildirirlər ki, belə hallarda müalicə variantlarının çox məhdud olduğu nəzərə alınarsa, bu nəticələr nadir hallarda müşahidə olunan güclü effekt hesab edilir.
Preparat artıq ABŞ və Avropa İttifaqında istifadəyə icazə alıb. Alimlər onun potensialını öyrənmək üçün tədqiqatları davam etdirirlər.(musavat)
Baxış sayı:111
Bu xəbər 01 İyun 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















