Xərclərimizin 54,5% i yeyib içməyə sərf olunub
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Bu ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq, o cümlədən 279,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 233,9 manatlıq qeyri-ərzaq malları alıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xərclərimizin yarıdan çoxu yeyib içməyə sərf olunub Rəsmi
11 Aprel 2025 17:22
Xərclərimizin 56% dən çoxunu yeyib içməyə sərf edirik Rəsmi
14 May 2025 09:52
Xərclərimizin 55%i ərzaq və içkilərə sərf olunub
12 Dekabr 2024 15:30
Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub STATİSTİKA
14 Noyabr 2025 14:08
İrəvan hərbi xərclərimizin artımından niyə əndişələnir?
17 Aprel 2025 10:56
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















