Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

UNEC də bayram tədbiri: Zəfərin 6 cı ildönümü

UNEC də bayram tədbiri: Zəfərin 6 cı ildönümü

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı,6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunan təntənəli tədbir keçirilib. Tədbirdə UNEC-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və hərbi orkestri, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən videoçarx nümayiş olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov Zəfər Gününün 6-cı ildönümü münasibətilə iştirakçıları təbrik edərək bu tarixi günün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsi olduğunu vurğulayıb. Şəhidlərin xatirəsinin yaşadılmasının, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilməsinin hər kəsin mənəvi borcu olduğunu bildirən Ş.Əsgərov Zəfərin gənc nəsil qarşısında böyük məsuliyyət qoyduğunu qeyd edib. O, tələbələri bilik və bacarıqları ilə Azərbaycanın inkişafına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə töhfə verməyə çağırıb.

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən və qazanılan möhtəşəm Qələbənin əsas amillərindən bəhs edib. O, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini, orduda vahid komandanlıq sistemini, Azərbaycan Ordusunun rəşadətini və xalqla ordu arasında mövcud olan sarsılmaz birliyi Zəfəri şərtləndirən mühüm amillər kimi qeyd edib. Müharibə dövründə xalqın ordumuza göstərdiyi mənəvi və maddi dəstəyə toxunan A.Mirzəyev bu həmrəyliyin Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin tələbəsi, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Elçin Fətullayev çıxışında silahdaşları ilə birlikdə Vətənin müdafiəsinə hər an hazır olduqlarını bəyan etdikləri günləri xatırladaraq, döyüş yolundan söz açıb. O, Azərbaycan əsgərinin yüksək döyüş ruhundan, qətiyyətindən və Vətənə sədaqətindən danışaraq, Vətən uğrunda mübarizənin onlar üçün şərəf məsələsi olduğunu vurğulayıb.

Şəhid Mürsəl Kazımovun atası Kamil Kazımov isə çıxışında Zəfər Günü ərəfəsində və 8 noyabr 2020-ci ildə xalqımızın yaşadığı sevinc və qürur hisslərini xatırladıb. O, 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulmasının böyük tarixi hadisə olduğunu bildirərək, bu Qələbənin şəhidlərin canı, qazilərin sağlamlığı və əsgərlərimizin misilsiz qəhrəmanlığı bahasına qazanıldığını diqqətə çatdırıb. Şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayan K.Kazımov onların fədakarlığının heç vaxt unudulmayacağını bildirib.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında “Azərbaycan – anaların anası” mahnısı səsləndirilib, Vətən sevgisini və Zəfər ruhunu tərənnüm edən “Zəfərə gedən yol!” kompozisiyası təqdim olunub.

Təntənəli mərasim Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin rəisi polkovnik-leytenant Elşən Həsənovun rəhbərliyi ilə hərbi orkestrin ifasında Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş bayram konserti ilə davam edib. Orkestrin ifasında səslənən vətənpərvərlik ruhlu musiqi nümunələri tədbir iştirakçılarına qürur və unudulmaz anlar yaşadıb.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Zəfər Gününə həsr olunmuş rəsm əsərləri də nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri