Icma.az
close
up
RU
Yeni vergi kirayə mənzil bazarında nəyi dəyişəcək? DETALLAR

Yeni vergi kirayə mənzil bazarında nəyi dəyişəcək? DETALLAR

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vergi Məcəlləsinin hazırda qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslər tərəfindən sahibkarlara əmlakın icarəyə verilməsinə görə ödənilən haqlardan ödəmə mənbəyində vergi tutularkən icarə məbləğindən vergi hesablanır və həmin məbləğlər bir daha vergiyə cəlb olunmur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən fiziki şəxs Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq icarə haqqından 14 faiz dərəcə ilə vergini özü ödəyir. Nəticədə fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirləri xərclər çıxılmadan vergiyə cəlb olunur.

Fiziki şəxslərin yaşayış sahələrini (mənzilləri, evləri) digər fiziki şəxslərə (vətəndaşlara) kirayə verməsindən əldə etdiyi gəlirlərə 10% dərəcə ilə vergi tətbiq edilir.

Əmlak sahəsi üzrə ekspert Elnur Azadov Ölkə.az-a bildirib ki, daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən vergi yayınmaları kölgə iqtisadiyyatının mühüm hissəsini təşkil edir:

“Demək olar ki, ölkədə 95% daşınmaz əmlak son dövrə kimi qeyri-qanuni şəkildə icarəyə verilirdi. Çox cüzi - 5%-lik hissə, xüsusən də əmlakını xarici vətəndaşlara kirayə verən şəxslər rəsmi müqavilə bağlayıb ondan vergi ödəyirdilər. Son illərdə biz ekspertlər olaraq bu sahədə vergilərin azadılmasını təklif edirdik. Belə ki, bu zaman daha çox həcmdə icarə müqaviləsi leqallaşa və həyata keçirilən qanunsuz fəaliyyət minimuma düşə bilər. Bununla bağlı ötən il icarə vergisi vətəndaşlar üçün 14%-dən 10%-ə endirildi. Vergi dərəcələri endirildikdən sonra icarəyə verilən mənzillərə, orada qalan şəxslərin qeydiyyata düşüb-düşməməsi ilə bağlı müxtəlif yoxlamalar və baxış həyata keçirildi. Lakin bunun da ciddi təsiri olmadı.

İndi isə Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərlə, icarədarın daşınmaz əmlaka etdiyi müxtəlif xərcləri – saxlanma, idarəetmə və s. kimi xərcləri çıxdıqdan sonra xalis gəlirindən 20% vergi tutulması təklif edilir”.

Nəzərdə tutulan dəyişikliklərin təsirlərini şərh edən ekspert qeyd edib ki, onsuz da Azərbaycanda vətəndaşlar icarə haqqından ödənilən vergilərdən yayınırlar:

“Vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsinə baxmayaraq yayınmalar davam edir. Bu sahədə yoxlamalar və nəzarət mexanizmi tətbiq edilməyə çalışılsa da, bunun kütləvi heç bir təsiri olmadı da. Vətəndaşların çox az faizi rəsmiləşməyə keçdilər. 

Düşünmürəm ki, yeni dəyişikliklər bazarda nəyisə dəyişəcək. Bu, bazarda heç hiss olunmayacaq. Yalnız daşınmaz əmlakın idarə olunması ilə bağlı böyük həcmdə rəsmi xərcləri olan çox az bir hissə yeni vergi dərəcəsindən sonra icarə müqaviləsini rəsmiləşdirə və vergilərini ödəyə bilər”. 

Könül Vəliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri