Icma.az
close
up
RU
Xəstə gəncləri əsgərliyə BELƏ APARIBLAR DƏHŞƏTLİ FAKTLAR

Xəstə gəncləri əsgərliyə BELƏ APARIBLAR DƏHŞƏTLİ FAKTLAR

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, qeyd olunan dövrdə mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb. Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Bir çağırışçının xəstə olmasını təsdiqləyən yalnız bir həkim ekspert olmur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə izah edib: “Hər çağırışda on minlərlə Azərbaycan gənci həkim komissiyasında keçir, sağlam sağlam kimi, xəstə də xəstə kimi aydınlaşdırılır və sonrakı addımlar atılır. Bu gün Azərbaycanda hərbi xidmətə yararsız olan şəxslərlə bağlı həkim komissiyası tərəfindən müvafiq qərarlar verilir. Bununla belə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ortaya çıxardığı faktlar onu göstərir ki, görülən böyük bir işin qarşısında belə qanunazidd addımlar da atılır. Hər iki hal qəbuledilməzdir. Xidmətə yararsızın xidmətə çağırılması yolverilməzdir, çünki o, təkcə hərbi xidmətə zərər vermir, eyni zamanda ailəsi gərginlik keçirir. Çox təəssüf ki, xidmətə yararsız olduğu halda xidmətə cəlb olunmaq gəncin ya xidmət etdiyi dövrdə, yaxud da xidmətdən sonra yaşadığı gərginlik sağlamlığa zərər vura, hətta həyatını dəyişə bilər. Eyni zamanda sağlamlığı imkan verdiyi halda kiminsə yararsız kimi qeyd edilməsi birbaşa cinayətdir. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülməlidir. Görünən odur ki, dövlət bu məsələyə ciddi diqqət edir. Bir tərəfdən təhlükəsizliyimizin qorunması üçün hərbi çağırış qaydalara uyğun həyata keçirilir və silahlı qüvvələrimiz on minlərlə Vətəni qorumağa hazır olan sağlam gənc əsgər əldə edir, digər tərəfdən isə sağlamlığında həqiqətən problem olanları ya müalicəyə göndərirlər, ya da xidmətdən kənarda saxlayırlar. Qanunazidd addımlar isə ortaya çıxdıqdan sonra hüquqi qiymət verilir. Azərbaycan dövləti heç bir məlumatı cəmiyyətdən gizlətmir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmaların nəticələrinin açıqlanması onu göstərir ki, bu məsələdə dövlətin mövqeyi qətidir və hər zaman da belə olacaq”.

Hərbi ekspert Emin Həsənli isə qeyd edib ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır. “Yeni Müsavat” a şərhində ekspert qeyd edib ki, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində həkim komissiyasından keçməklə bağlı Cənab Prezidentin imzaladığı fərman çox önəmlidir: “Şəffaflığın artırılması baxımından bu çox önəmli idi, çünki uşaq yaşlarından əlilliyi olanların bazası nazirlikdə mövcuddur. Əlilliyin müəyyən edilməsi ilə bağlı bütün proseslər nazirliyin tabeliyindəki qurumların səlahiyyətindədir və son illər bu istiqamətdə xeyli islahat aparılıb. Həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinənin ƏƏSMN tərəfindən aparılmasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Baş Prokurorluqla birgə təklif etmişdi. Təəssüf ki, dünyanın hər yerində nöqsanlar var. Rəqəmlərə gəlincə, nöqsanlar kütləvi hal almır. Onların aradan qaldırılması üçün isə davamlı mübarizə aparılır, maarifləndirmə işləri də davam etdirilir, o cümlədən Baş Prokurorluq qanunvericiliyin tələblərinə uyğun olaraq, tədbirlər həyata keçirir. Bəzən xəstəliyi olan çağırışçılar hərbi xidmət keçmək istəyirlər. Bunun ilk səbəbi vətənpərvərliklə bağlıdır, bir qisim isə gələcəkdə hüquq-mühafizə orqanlarında xidmət etmək istədiyi üçün hərbi xidməti keçmək istəyir. Hesab edirəm ki, müəyyən vəziyyətlərlə barışmaq lazımdır. Mətbuat da, QHT də ictimai nəzarəti gücləndirməli, hüquq-mühafizə orqanları isə ardıcıl tədbirlər görməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri