Icma.az
close
up
RU
Xəstələrə insulin niyə az verilir? RƏSMİ CAVAB

Xəstələrə insulin niyə az verilir? RƏSMİ CAVAB

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar dövlət tərəfindən təmin olunan insulin iynələrinin miqdarında azalma olduğunu bildirirlər.

Sosial şəbəkələrdə yayılan şikayətlərdə xəstələr dərman təminatında ciddi çətinliklərlə üzləşdiklərini deyirlər.

Həmin şikayətlərdən birində, “Ağır dərəcəli şəkər xəstəsinin insulinin iynəsini azaldiblar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) deyirlər əmr belədi. Dərman bitəndə almağa imkan yoxdu. Ayın 14 günlük dərman verirlər. Dərman bitənə yaxın təcili yardıma zəng edəcəyik. Başqa variant yoxdu. Belə şey olar? Həqiqətən qanun belədir ya bunlar özlərindən bunu deyirlər? Mən inanıram ki, yuxarı təşkilati struktur orqanlar bu əmri verməyib özlərindən çıxarıblar”, - deyə qeyd olunub.

Şikayətlərlə bağlı artıq bir neçə dəfə TƏBİB-ə müraciət olunub. Buna baxmayaraq, bu problem hələ də öz aktuallığını qoruyur.

“Cebheinfo.az” məsələ ilə bağlı dəqiq məlumat almaq üçün TƏBİB-ə müraciət edib.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, şikayətlər dərindən araşdırılıb və adətən əksəriyyətinin əsassız olduğu məlum olub:

“Əksər hallarda vətəndaşlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş miqdardan artıq dərman istəyirlər. Hazırda şəkərli diabet xəstəliyi olan şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı həmçinin, həmin vasitələr və preparatlarla təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Məhz “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə tənzimlənir. Sözügedən qərar 19 il bundan öncə qəbul olunub. 

Bu illər ərzində dünya praktikasında şəkərli diabet xəstəliyinin idarəolunmasında dəyişikliklərin olması və öncəliklə ölkədə 2005-ci ildən bəri bu tip xəstələrin sayının 6 dəfə artmasını nəzərə alaraq sözügedən xəstəlikdən əziyyət çəkən vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müasir standartların tətbiqi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir. 

Bununla bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müasir tələblərə əsaslanaraq yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qərar layihəsi və növbəti illər üçün yeni dövlət proqramının layihəsi hazırlanmaqdadır.

Təklif olunan dəyişikliklərə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliliyinin artırılması həmçinin, müraciətdə qeyd olunan məsələlərin həlli oz əksini tapmışdır. Bununla yanaşı ilkin səhiyyə xidmətinin gücləndirilməsi və keyfiyyətinin artırılması sahəsində də müvafiq tədbirlər həyata keçiriləcək”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: xəstə insulin TƏBİB

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri