Icma.az
close
up
RU
Xəstəlik mövsümü başladı: Qrip və COVID i necə fərqləndirək?

Xəstəlik mövsümü başladı: Qrip və COVID i necə fərqləndirək?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Havaların soyuması ilə birlikdə öskürək, asqırma və boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan xəstəliklər daha tez-tez müşahidə olunur. Soyuqdəymə, qrip və COVID kimi virus mənşəli infeksiyalar ilboyu rast gəlinsə də, qapalı məkanlarda daha çox vaxt keçirildiyi payız və qış aylarında yoluxma riski xeyli artır. 

Bəs bu xəstəlikləri bir-birindən necə fərqləndirmək olar və onlardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Qaynarinfo xəbər verir ki, BBC-nin "Morning Live "proqramında çıxış edən həkim Oskar Dyuk bu mövzu ilə bağlı mühüm məqamları və tövsiyələri açıqlayıb.

Soyuq hava soyuqdəyməyə səbəb olurmu?

Soyuq havanın immun sisteminə nə dərəcədə təsir göstərdiyi ilə bağlı araşdırmalar hələ də qəti nəticə ortaya qoymayıb.

Ancaq hamımız bilirik ki, hava soyuduqda insanlar adətən isti, rahat və qapalı məkanlara üstünlük verirlər. Bu mühit isə virusların yayılması üçün ideal şərait yaradır.

Bəzi ölkələrdə bu dövr eyni zamanda uşaqların yay tətilindən sonra məktəbə qayıtdığı vaxta təsadüf edir.

Məktəb və uşaq bağçaları virusların sürətlə yayıldığı yer kimi qəbul edilə bilər. Uşaqlar isə bu mikrobları evə daşıya bilirlər.

İnsanların bir araya toplaşması mikrobların yayılmasına səbəb olduğu kimi, intensiv alkoqol qəbulu və əyləncə də immun sistemini zəiflədə bilər.

Fərqi necə anlayacağıq?

Soyuqdəymə, qrip və COVID kimi daha ciddi virusların bir çox əlamətləri bir-birinə bənzəyir.

Lakin bəzi ipucları xəstəliyin səbəbini ayırd etməyə kömək edə bilər.

Soyuqdəymə adətən tədricən başlayır. Burun və boğazın arxa hissəsini təsir altına alır, bəzi insanlarda ağız boşluğunun arxa hissəsində qıcıqlanma hissi yaranır.

Erkən xəbərdarlıq əlamətlərindən biri də qulaqda təzyiq hissi ola bilər. Virus irəlilədikcə ağciyərlərə çata və davamlı öskürəyə səbəb ola bilər.

Lakin əksər hallarda bu əlamətlər gündəlik həyata davam etməyə ciddi maneə yaratmır.

Qrip isə adətən daha ağır keçir. Bədən ağrıları, qızdırma və əzələ zəifliyi ilə müşayiət oluna bilər.

Qrip insanı mütləq yatağa salmaya bilər, amma çox vaxt özünü elə hiss etdirir.

Pandemiyadan sonra COVID vəziyyəti daha da mürəkkəbləşdirib, çünki qriplə çox oxşar əlamətlər özünü biruzə verir.

Bununla belə, COVID-i digərlərindən fərqləndirə bilən bəzi spesifik əlamətlər var:

• Qoxu və ya dad hissinin itməsi,

• Bu qış yayılan Stratus və Nimbus variantları ilə müşahidə edilən "bıçaq kimi kəskin” boğaz ağrısı,

• İshal

Yenə də əsas tövsiyə evdə qalmaq, dincəlmək və sağalmağa çalışmaqdır.

Lakin xroniki xəstəliyiniz varsa, nəfəs darlığı hiss edirsinizsə və ya əlamətlər üç həftədən uzun sürürsə, vaxt itirmədən həkimə müraciət etməlisiniz.

COVID-in növləri Stratus və Nimbus barədə bilinənlər nədir?

Mütəxəssislərin sözlərinə görə, bəziləri tərəfindən Stratus adlandırılan XFG və Nimbus kimi tanınan NB.1.8.1 hazırda geniş yayılmış COVID variantlarıdır.

Bu variantlar əvvəlki COVID variantları ilə müqayisədə daha böyük təhlükə yaratmır.

Ancaq virusun son dövrlərdə keçirdiyi genetik dəyişikliklər yoluxma ehtimalını artıra bilər.

Türk Tabibləri Birliyi Mərkəzi Şurasının sədri professor Alpay Azap isə bildirir ki, test verilən xəstələrin təxminən 80 faizində COVID virusu aşkarlanır.

Son hallarda səs tutulması və ya kəskin boğaz ağrısı kimi əlamətlər qeydə alınır.

Əlamətləriniz varsa və evdən çıxmaq məcburiyyətindəsinizsə, qoruyucu maska taxmağınız tövsiyə olunur.

Boğaz ağrısı zamanı isə bol maye qəbul etməyi və bir çay qaşığı balın faydalı ola biləcəyi bildirilir.


Nələr faydalıdır?

Bədənimiz viruslar və infeksiyalarla təbii şəkildə mübarizə aparır, lakin düzgün vasitələrlə bu prosesi dəstəkləmək mümkündür.

Parasetamol: Əgər istifadəsinə əks göstəriş yoxdursa, parasetamol və ya ibuprofen ilk seçimlərdəndir. Qızdırmanı salmaq və ağrıları azaltmaqda təsirlidir. Ancaq unutmayın ki, bir çox öskürək və soyuqdəymə siroplarında az miqdarda da olsa parasetamol olur. Buna görə dozanı aşmadığınıza əmin olun.

C vitamini: Soyuqdəymədən qorunmağa kömək etdiyi düşünülür, lakin bununla bağlı güclü elmi sübutlar yoxdur. Çatışmazlıq yoxdursa, sağlam və balanslı qidalanma daha önəmlidir.

D vitamini: Qış aylarında günəş işığının az olduğu ölkələrdə D vitamini əlavəsi tövsiyə edilir.

Dekonjestant spreylər: Burun açıcı spreylər tez rahatlama verir. Lakin tez-tez istifadə edildikdə "geri dönüş tıxanıqlığı” yarada bilər. Yəni burun sprey olmadan daha çox şişir. Buna görə maksimum 4–5 gün istifadə edilməsi məsləhətdir.

Toyuq şorbası: Viruslarla birbaşa mübarizə apardığına dair güclü sübut olmasa da, isti olması boğazı rahatladır və əlamətləri yüngülləşdirə bilər. Eyni zamanda bədəni maye ilə təmin edir ki, bu da infeksiya zamanı çox vacibdir.

Bəs peyvəndlər?

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, qrip virusunun yaratdığı infeksiyaların və ağır fəsadların qarşısını almağın ən effektiv yolu peyvənddir.

Qrip virusu daim dəyişir və təkamül keçirir, buna görə hər il peyvənd yeni ştammlara uyğunlaşdırılır.

Həkim Oskar bildirir ki, imkan varsa, illik qrip peyvəndini vurdurmaq çox önəmlidir.

Peyvəndə uyğunluq ölkələr üzrə dəyişir və əsas məqsəd risk qrupunda olan insanlara üstünlük verməkdir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə görə, qripdən ağırlaşma riski yüksək olan şəxslər üçün peyvənd xüsusilə vacibdir. Bu qruplara daxildir:

•Müəyyən xroniki xəstəlikləri olanlar,

•Hamilə qadınlar,

•6 ay–5 yaş arası uşaqlar,

•Yaşlılar,

•Səhiyyə işçiləri.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri