Icma.az
close
up
RU
Xəstəxana gözətçisinin böyük oyunu: 6500 manat belə ələ keçirildi MƏHKƏMƏ

Xəstəxana gözətçisinin böyük oyunu: 6500 manat belə ələ keçirildi MƏHKƏMƏ

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Saatlı Rayon Mərkəzi Xəstəxanasında gözətçi işləyən Ülvi adlı şəxsin dələduzluq əməlləri üzə çıxıb. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, 1999-cu il təvəllüdlü Ülvi Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. 
İttihama görə, Ülvi Saatlı rayonu Seyidlər kəndində yaşayan Şahbaza övladı Rusifin Təcili Tibbi Yardım  şöbəsinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd verib və 2024-cü ilin iyul ayında 2500 manat və həmin ilin oktyabr ayında isə 2500 manat alıb. 
Bundan başqa o, Fəzail Həsənova arvadı Ədilənin  kəsilmiş pensiya hüququnu bərpa etdirəcǝyi barədə yalan vəd verib. Bu işi görmək üçün zərərçəkəndən 1500 manat alaraq ələ keçirib. 
İş üzrə ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Şahbaz ilə təxminən 10 il əvvəl tanış olub: 
“Şahbazın baldızı, əsl adı Həyat olan, lakin Bənövşə kimi tanıdığım şəxs mənim işlədiyim Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibb bacısıdır. 2024-cü ilin iyul ayında Bənövşə mənə Şahbazın oğluna iş axtardığını dedi. Bu barədə eşidəndə iş düzəldə bildiyimi dedim Rusifi Saatlı Rayon Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım Şöbəsinin növbətçi sürücüsü vəzifəsinə düzəldə biləcəyimi bildirdim. Bundan sonra Bənövşə deyilənləri Şahbaza dedi. Bu məsələ ilə bağlı Şahbaz mənimlə görüşdü və həmin iş məsələsini danışdı. Mən də Şahbaza Rusifin işini düzəldə biləcəyimi və bunun müəyyən xərcinin olduğunu dedim. Şahbaz xərci soruşduqda, ilkin olaraq 2500 manat, işin düzəlməsinə 1 həftə qalmış isə əlavə 2500 manat olmaqla ümumilikdə 5000 manat istədim. Şahbaz təxminən 3 gün sonra zəng edərək razı olduğunu dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin iyul ayının axırında, saat 12 radələrində Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsində onunla görüşüb: 
“Həmin vaxt bizim yanımızda heç kim olmayıb. Şahbazdan 2500 manat pulu əlbəəl orada götürdüm və Rusifin işinin 2 aya düzələcəyini dedim. Bundan başqa, Rusifə aid şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətini də Şahbazdan götürdüm. 
Daha sonra həmin ilin oktyabr ayının ortalarında Şahbazla yenidən görüşdüm və işin yekunu üçün qalan 2500 manatı istədim. Saatlı Rayon Mərkəzi Xəstəxanasının həyətində Şahbazla görüşdüm və ondan əlbəəl 2500 manatı da götürdüm. Həmin vaxt yanımızda tanımadığım bir nəfər şəxs də olub. Rusifin işini düzəltməmişəm və Şahbazdan aldığım ümumilikdə 5000 manatı şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Pulum olmadığı üçün Şahbaza pulu tam şəkildə qaytara bilməmişəm. Sadəcə 1500 manat pulu qaytarmışam və qalan 3500 manat pulu da qaytaracağıma dair söz vermişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, digər zərərçəkmiş Fəzaili tanıyır: 
“2024-cü ilin noyabr ayının ortalarında Fəzail zəng edərək kəsilmiş pensiyanı bərpa edə bilib-bilmədiyimi soruşdu. Mən də cavabımda kəsilmiş pensiyanı bərpa edə biləcəyimi dedim. Fəzail arvadı Ədilənin 2-ci qrup əlil olduğunu və uzun müddət pensiya aldığını, lakin son aylarda pensiyasının kəsildiyini dedi. 
Ədilənin pensiyasını bərpa etdirməyi istədi. Mən də həmin iş üçün Fəzaildən 1500 manat istədim. Fəzail razılaşdıvə danışdığımız gündən 1 gün sonra onun oğlu Surət ilə gecə saat 23 radələrində Saatlı şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında görüşdüm. Həmin vaxt 1500 manatı, Ədilə Həsənovanın şəxsiyyət vəsiqəsinin surətini və xəstəlik haqqında tibb kağızlarını Surətdən götürdüm. Həmin vaxt Surətin yanında 1 nəfər başqa şəxs də olub. Lakin həmin şəxsi tanımamışam. Mənim yanımda isə heç kim olmayıb. Pulları götürdükdən sonra işi 1 aya düzəldəcəyini demişdəm. 
Daha sonra Ədilənin işini düzəltməmişəm. Həmin pulları da şəxsi ehtiyaclarım üçün xərcləmişəm”. 
Bu işə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ülvi  1 il 11 ay 26 gün müddətə azadlığın  məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Hökmə əsasən, təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. 
Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Bundan əlavə, onun cəzaçəkmə müddətində yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. Onun üzərinə bu müddət ərzində müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Qeyd edək ki, məhkum olunan şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. 
O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see131

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see131

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see127

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see124

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see123

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see122

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see122

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see121

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see118

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri