Icma.az
close
up
RU
Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendesiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunun əhəmiyyətindən danışıb: “Bu, səhiyyə sistemlərinin dayanıqlığını təmin edən ən vacib məsələlərdən biridir. Təəssüf ki, statistikalar hər 10 xəstədən birinin xəstəxanadaxili infeksiyalara yoluxduğunu göstərir. Bu göstərici xüsusilə orta və aşağı gəlirli ölkələrdə daha yüksəkdir və bu, bizi ciddi narahat etməlidir.

Qeyd etmək istərdim ki, xəstəxanadaxili infeksiyalar çox zaman antibiotiklərə davamlı mikroorqanizmlər tərəfindən törədilir. Hazırda dünyada 136 milyondan çox infeksiya növü antibiotiklərə qarşı davamlıdır. Bu, təkcə tibbi deyil, həm də iqtisadi və sosial cəhətdən böyük təhlükə yaradır. Halbuki sözügedən infeksiyaların qarşısının alınması mümkündür”.

C.Məmmədov qeyd edib ki, pandemiya dövrü Mərkəzi Gömrük Hospitalı üçün əsl sınaq olub: “Hospital həmin dövrdə COVID19 xəstələrinə fasiləsiz tibbi xidmət göstərib. Bu zaman bir daha əmin olduq ki, tibbi avadanlıqların dezinfeksiyası, ətraf mühitin təmizliyinin qorunması və infeksiya nəzarətinin sistemli şəkildə aparılması xəstəxana daxilində yoluxmanın qarşısını almaqda mühüm rol oynayır. Burada laboratoriyaların rolu xüsusilə qeyd olunmalıdır. Dəqiq diaqnostika və effektiv nəzarət tədbirləri olmadan infeksiya zəncirini qırmaq çətindir. Lakin bu sahədə görülən tədbirlər böyük maliyyə vəsaiti tələb edir. Buna görə də xəstəxanadaxili infeksiyalar yalnız tibbi məsələ deyil, eyni zamanda ictimai səhiyyə mövzusudur”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda praktiki müstəvidə də yanaşma tələb etdiyinə diqqət çəkib: “Tibbin əsas məqsədi insan həyatının qorunmasıdır və bu məqsədə nail olmaq üçün nəzəri biliklər mütləq şəkildə praktikada tətbiq olunmalıdır. Xəstəxanadaxili infeksiyalar məsələsi cəmiyyət üçün olduqca aktualdır. Xəstəxana daxilində infeksiyalara nəzarətin zəif olması, təəssüf ki, bəzən xəstə ölümləri ilə nəticələnə bilər. Halbuki biz sadəcə dezinfeksiya qaydalarına ciddi riayət etməklə bu cür faciələrin qarşısını ala bilərik.

Müasir səhiyyənin imkanları genişlənməkdədir. Artıq ən mürəkkəb cərrahi əməliyyatlar, ağır klinik halların idarə olunması ölkəmizin tibb müəssisələrində müvəffəqiyyətlə həyata keçirilir. Lakin unutmamalıyıq ki, tibbin yüksək texnoloji imkanları belə, əgər əsas gigiyenik və infeksiya nəzarəti qaydaları yerinə yetirilmirsə, istənilən nəticəni təmin edə bilməz”.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada tətbiq olunmalıdır: “Çünki xəstəxanadaxili infeksiyaların qarşısını almaqla biz təkcə xəstələrin deyil, bütövlükdə cəmiyyətin sağlamlığını qoruyuruq. Bu səbəbdən xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı məsələnin ciddiliyi, həm ictimaiyyətə, həm də tibb işçilərinə açıq və aydın şəkildə çatdırılmalıdır. Bu, yalnız bir qrupun deyil, bütün cəmiyyətin sağlamlığını qoruyan yanaşmadır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva TƏBİB tərəfindən 2020-ci ildən etibarən xəstəxanalarda infeksiyona nəzarət komitələrinin yaradıldığına diqqət çəkib: “Hər il minlərlə insan sadə profilaktik tədbirlərə əməl edilmədiyi üçün xəstəxana şəraitində infeksiyalara yoluxur. Bu infeksiyalar bəzən ölüm, bəzən isə ciddi fəsadlarla nəticələnir. Ancaq qeyd etməliyik ki, bu, qarşısı alınması mümkün olan bir problemdir. Əsas gigiyena qaydalarına, sterilizasiya və dezinfeksiya prosedurlarına düzgün əməl etməklə, bu infeksiyaların böyük hissəsinin qarşısını almaq mümkündür. Bu, həm xəstələrin həyatını qoruyur, həm də səhiyyə sisteminə düşən əlavə yükü azaldır”.

Daha sonra Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, xəstəxanalarda infeksiyona nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir: “Dəqiq və vaxtında diaqnostika infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Unutmayaq ki, xəstəxanadaxili infeksiyalara nəzarət tibb işçilərinin peşəkarlığı və məsuliyyəti ilə birbaşa bağlıdır. Hər bir səhiyyə əməkdaşı bu məsuliyyəti daşıyır və hər bir xəstə üçün təhlükəsiz mühit yaratmaq lazımdır”.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “BİOMERİEX - xastaxanadaxili infeksiyalarla mübarizəni dəstəkləyən əhatəli bir həll yolu - müasir Türkiyə təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Naməlum etiologiyalı infeksiyon prosesin gedişində molekulyar-genetik müayinələrin üstünlüyü”, İstanbul Florence Nightingale Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanı Aslıhan Dəmirəl “Nazokomial virus infeksiyaları və onlarla müasir mübarizə”, Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalara nəzarət təcrübəsi” mövzularında çıxışlar ediblər.

Sonda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev tədbirin önəmli töhfələr verəcəyinə əminliyini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıb: “Bu zirvə görüşü yalnız bilik və təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda xəstəxanadaxili infeksiyaların idarə olunması sahəsində sistemli yanaşmaların formalaşması üçün mühüm platformadır. Burada səsləndirilən fikirlər, elmi tədqiqatlar və praktiki təcrübələr səhiyyə işçiləri üçün yol xəritəsi rolunu oynaya bilər”.

Baş həkim bildirib ki, belə tədbirlərin davamlı keçirilməsi həm yerli, həm də beynəlxalq təcrübələrin paylaşılması baxımından olduqca vacibdir və nəticə etibarilə bu cür təşəbbüslər ölkəmizdə infeksiya nəzarət sistemlərinin təkmilləşdirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri