Icma.az
close
up
RU
Xəstəxananın 54 min manatdan çox borcu var

Xəstəxananın 54 min manatdan çox borcu var

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələ rayon Mərkəzi Xəstəxanasının 54 min 500 manat qazpulu borcu olduğu bildirilir. “Azəriqaz” İstehsalat Birliyi (İB) borcun ödənilməsindən ötrü xəstəxana rəhbərliyinə məktub göndərdiyini, ancaq bu pul ödənilmədiyindən xəstəxanaya qarşı məhkəmədə iddiası qaldırmağa məcbur qaldığını bildirib.

Gununsesi.info xəbər verir ki, “Azəriqaz”ın məlumatına görə, xəstəxananın borcu öncə 76 min manatdan çox olub. Məhkəməyə şikayətdən sonra bir hissəsini ödədiklərindən məbləğ 54 min 500-ə enib.

Qəbələ rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi isə onlardan tələb edilən borcun məbləğiylə razılaşmır. Xəstəxana nümayəndəsi bildirib ki, yeni tikilmiş binaya ötən il iyunun 1-də köçüblər və o vaxtdan bəri kommunal xidmətlərə görə aylıq ödəniş ediblər: “Qaz sayğacı tikinti aparıldığı müddətdə quraşdırılıb. Ondan tikinti şirkəti istifadə edib. Borcun bizə aidiyyəti yoxdur”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB-in) nümayəndəsi də tərəflər arasında sayğacla bağlı borc müqaviləsi olmadığına görə “Azəriqaz”ın iddiasını əsassız sayır və Qəbələ rayon Mərkəzi Xəstəxanası yeni tikilmiş binaya köçənədək yaranan borcun ondan tələb edilməsinə əsas olmadığını bildirir.

Ancaq məhkəmə “Azəriqaz”ın haqlı olması qərarına gəlib. Qazdan istifadəyə görə yaranmış 54 min 598 manatlıq borc Qəbələ rayon Mərkəzi Xəstəxanasından tutulacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see215

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see204

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see198

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see187

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see185

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see180

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see175

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see172

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see169

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see168

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see162

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see159

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see158

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see158

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see157

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see156

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see155

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see155

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see151

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri