Xəstəxanaya hücum: 60 dan çox insan öldü
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sudanın cənubunda Şərqi Darfur əyalətinin paytaxtı Əl-Deyn şəhərindəki xəstəxanaya hücum nəticəsində aralarında 13 uşaq da olmaqla azı 64 nəfər həlak olub.
Modern.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
Onun sözlərinə görə, hadisə zamanı daha 89 nəfər yaralanıb.
"Bu faciə nəticəsində Sudan müharibəsi zamanı tibb müəssisələrinə edilən hücumlarda ölənlərin ümumi sayı 2 000 nəfəri keçib. Təxminən üç illik münaqişədə ÜST Əl-Deyndəki hücum da daxil olmaqla, tibb müəssisələrinə 213 hücumda 2 036 ölüm hadisəsini təsdiqləyib", - ÜST direktoru yazıb.
O, Sudan müharibəsi zamanı tibb müəssisələrinə hücumlarda 720 nəfərdən çox insanın yaralandığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Mart 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















