Icma.az
close
up
RU
Xətai rayon şəhidllərinin əziz xatirəsinə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirildi

Xətai rayon şəhidllərinin əziz xatirəsinə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirildi

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 18-də YAP Xətai rayon təşkilatının qərargahında Xətai rayon şəhidllərinin əziz xatirəsinə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev öncə ideya müəllifi kimi Pərvanə Vəliyevaya və kitabın ərsəyə gəlməsində əməyi keçən bütün insanlara təşəkkürünü bildirib: “Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü uğrunda canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır”.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quluyev bildirdi ki, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Xətai rayonunda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub və bundan sonra da bu cür davam edəcəkdir. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılması, onarın xatirəsinə ucaldılmış abidələrin, salınmış parkların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur.
Bu ideyanın gerçəkləşməsində göstərdiyi dəstəyə görə Xətai rayon rəhbərliyinə və aidiyyəti qurumların nümayəndələrinə minnətdarlığını bildirən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır.
Şəhidliyin ən müqəddəs və ən uca zirvə olduğunu bildirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında deyib ki, igid, qəhrəman oğulları olan xalq heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Mürvət Əsgərov, Meyvəddin Ramaldanov, Vəli Rəhimov, Pərviz Umudov və Xuraman Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Yanvar 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see198

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see147

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see133

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see132

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see131

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see128

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see127

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see126

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see125

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see125

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see124

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see123

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see123

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see120

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri