Icma.az
close
up
RU
Anar Ələkbərov Yaponiyanın “Ekspo 2025” üzrə naziri ilə görüşdü Fotolar

Anar Ələkbərov Yaponiyanın “Ekspo 2025” üzrə naziri ilə görüşdü Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Regionların inkişafı naziri, eləcə də “Ekspo 2025” üzrə nazir Yoşitaka İto ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasında inkişaf etməkdə olan siyasi-iqtisadi, humanitar əlaqələrin əhəmiyyəti vurğulanıb, regionlararası əməkdaşlıq və digər sahələrdə birgə layihələrin perspektivləri müzakirə olunub.

Ölkəmizin “Ekspo 2025”də fəal iştirakına və bununla da dünya sərgisinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən Yoşitaka İto Azərbaycan milli pavilyonunun Osaka sərgisində ən seçilənlər və ziyarət olunan pavilyonlar sırasında olduğunu vurğulayıb. Osakada “Ekspo 2025” çərçivəsində iyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü münasibəti ilə təbriklərini çatdıran Yoşitaka İto Azərbaycan və Yaponiyanın bir sıra şəhərləri arasında gələcək əməkdaşlığın da əlaqələrin genişlənməsində vacib olduğunu bildirib.

Azərbaycanın Osakadan əvvəl əvvəl Milan, Dubay kimi dünya sərgilərində də müstəqil milli pavilyonla təmsil olunduğunu qeyd edən Anar Ələkbərov ölkəmizin Ekspo hərəkatına hər zaman öz töhfəsini verdiyini bildirib. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq islərinin aparıldığını diqqətə çatdıran Anar Ələkbərov, ölkədəki bu cür genişmiqyaslı layihələrlə yanaşı dünya sərgisində təmsil olunmağın Azərbaycanın Ekspo hərəkatına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində aprelin 13-dən fəaliyyətə başlayan “Ekspo 2025” dünya sərgisi oktyabrın 13-dək davam edəcək. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir. İyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü çərçivəsində isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyun 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri