Icma.az
close
up
RU
Zəfər Gününə həsr olunmuş Əbədi qəhrəmanlar adlı tədbir keçirilib

Zəfər Gününə həsr olunmuş Əbədi qəhrəmanlar adlı tədbir keçirilib

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakı Dövlət Universiteti (BDU) və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Əbədi qəhrəmanlar" adlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Günü gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürür. Azərbaycan xalqı bu şanlı qələbəni Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə edib: "Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsi birdəfəlik həllini tapdı. Ölkə başçısı tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi".

Rektor diqqətə çatdırıb ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı, o, böyük itkilər verərək geri çəkilməyə məcbur oldu: "Rəşadətli Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə qəhrəman Ordumuz düşməni böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. Ötən iin sentyabrında keçirilən antiterror əməliyyatları ilə isə suverenliyimiz bərpa olundu, əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımız əbədi ucaldıldı. Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi. 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparan möhtərəm Prezidentimiz xalqımızın haqlı mövqeyni bütün dünyaya çatdırmağa nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, "Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir"".

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Türkiyə və Azərbaycan ərazi bütövlüyü uğrunda oxşar mücadilə aparıb, şəhidlər verib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant, "Murov qartalı" Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib və bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Vətən müharibəsi şəhidi, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Ataməli Musaoğlunun anası Leyla Musayeva, şəhid polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı, BDU-nun Filologiya fakültəsinin ikinci kurs tələbəsi Nigar Ağamalıyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxışlarında şəhidlərimizin döyüş yolundan bəhs edib, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər. Çıxışçılar gəncləri Vətən uğrunda vuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələrini yaşatmağa çağırıblar.

Sonra bəstəkar Eyvaz Həşimovun rəhbərliyi altında "Hicaz" qrupunun çıxışı olub. Kompozisiyanın təqdimatında musiqiçilər Nahidə Eminova, Fuad Eminov, Niyaməddin Allahverdiyev, Elnur Hüseynov, Azad Yusubov və rejissor Abdulqəni Əliyev iştirak ediblər. Şəhid övladlarından ibarət xor qrupunun ifasında "Qəhrəman övladıyıq" mahnısı ifa olunub. Mahnının bəstəsi və sözləri şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə professor Könül Hüseynovaya aiddir.

Tədbirin sonunda isə BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşlarının hazırladıqları bədii proqram təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri