Xətai rayonunda abad məhəllədə Novruz şənliyi təşkil olunub
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Martın 14-də Xətai rayonu, R.Məmmədov küçəsi 24,26 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əiyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə Novruz şənliyi təşkil olunub.
Pravda.az xəbər ki, məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələri üzvləri, qazilər Bayramı yüksək sevinc hissi ilə qeyd ediblər.
Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Abad məhəllədə Novruz şənliyi qeyd edildi Foto
15 Mart 2025 01:25
Vyetnamda Novruz şənliyi təşkil olunub
20 Mart 2025 01:43
Abşeron rayonunda Novruz şənliyi keçirildi FOTOLAR
18 Mart 2025 19:55
Qala Qoruğunda Novruz şənliyi təşkil olunacaq
17 Mart 2025 12:12
“Keşikçidağ”da Novruz şənliyi
12 Mart 2025 10:44

