Icma.az
close
up
RU
Uşaqlarda xolesterin təhlükəsi: Gündəlik qidalar səssizcə öldürür

Uşaqlarda xolesterin təhlükəsi: Gündəlik qidalar səssizcə öldürür

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar əhali arasında sağlamlığa dair narahatlıq doğuran məsələlərdən biri də xolesterin səviyyəsinin artması ilə bağlıdır. Əvvəllər daha çox yaşlı insanlarda müşahidə olunan bu problem bu gün uşaqlar və yeniyetmələr arasında da artan templə qeydə alınır ki, bu da ciddi narahatlığa səbəb olur.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu artımın əsas səbəbləri qidalanma vərdişlərindəki dəyişikliklər, fiziki aktivliyin azalması və artan stress faktorları ilə bağlıdır.

Xolesterinin yüksək səviyyədə olması təkcə bir biokimyəvi göstərici deyil, həm də ürək-damar xəstəlikləri, piylənmə və digər xroniki sağlamlıq problemləri üçün ciddi risk faktoru sayılır. Bu xüsusilə uşaqlar arasında müşahidə olunduqda, vəziyyətin profilaktik tədbirlərlə nəzarətə alınması və geniş maarifləndirmə işlərinin aparılması vacib olur.

Onu da nəzərə çatdıraq ki, xolesterin orqanizmin normal fəaliyyəti üçün vacib maddələrdən biri olsa da, onun normadan artıq səviyyəsi bir sıra ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Son illərdə xüsusilə yüksək xolesterinlə bağlı narahatlıqlar artdıqca, bu problemin törədə biləcəyi fəsadlar daha çox diqqət mərkəzinə düşür. Nəzarətsiz və uzun müddət yüksək qalan xolesterin səviyyəsi bir sıra həyati vacib orqan və sistemlərə mənfi təsir göstərərək, müxtəlif xroniki və kəskin xəstəliklərin inkişafına səbəb ola bilər.

Ən çox rast gəlinən fəsadlardan biri ürək-damar xəstəlikləridir. Qanda xolesterin miqdarının yüksək olması damar divarlarında yığılaraq lövhəciklər əmələ gətirir və bu lövhələr damarın daralmasına və ya tam tıxanmasına gətirib çıxarır. Nəticədə ateroskleroz deyilən damar tıxanması prosesi baş verir. Bu, ürəkdə qan dövranının pozulması ilə infarkt, beyində isə insult (beyin qan dövranı pozğunluğu) riskini xeyli artırır.

Bundan əlavə, damarların daralması və elastikliyinin azalması nəticəsində qan təzyiqi yüksəlir və hipertoniya yaranır.

Xolesterin yalnız ürəyə deyil, bədənin digər hissələrinə gedən qan damarlarını da tuta bilər. Belə hallarda periferik arteriya xəstəliyi meydana çıxır. Bu zaman, xüsusilə ayaqlarda qan dövranı zəifləyir, gəzinti zamanı ağrılar, soyuqluq və uyuşmalar baş verir. Bəzi hallarda bu vəziyyət amputasiya ilə nəticələnə biləcək qədər ciddi olur.

Qaraciyər və öd kisəsi də yüksək xolesterindən zərər görə bilən orqanlardandır. Xolesterinlə zəngin ödün tərkibindəki tarazlığın pozulması safra daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda, qanda və toxumalarda yağların artması qaraciyərin piylənməsi – yəni qaraciyər yağlanması (NAFLD) ilə nəticələnə bilər.

Yüksək xolesterin həmçinin şəkərli diabet və metabolik sindromla da sıx əlaqəlidir. Bu zaman piylənmə, yüksək qan təzyiqi, insulin müqaviməti və yüksək qan şəkəri birləşərək orqanizmdə sistemli bir pozuntu yaradır. Bu kompleks vəziyyət xolesterin səviyyəsini daha da artıraraq fəsadların qarşısını almağı çətinləşdirir.

Bundan əlavə, yüksək xolesterin böyrəklərə də təsir edə bilər. Damar tıxanması nəticəsində böyrəklərə qan axınının zəifləməsi onların funksiyasını poza bilər və bu isə zamanla xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər.

Xolesterinin yüksək olması təkcə laborator analizlərdəki bir göstərici deyil, həm də orqanizmin müxtəlif sistemlərində uzunmüddətli və təhlükəli pozuntulara yol açan risk faktorudur. Erkən diaqnostika, sağlam həyat tərzi və mütəmadi tibbi nəzarət vasitəsilə bu problemlərin qarşısını almaq mümkündür. Xolesterin səviyyəsinin nəzarətdə saxlanması uzunmüddətli sağlam həyat üçün vacib şərtlərdən biridir.

Endokrinoloq Hidayət Məmmədzadənin sözlərinə görə, xolesterin yüksəkliyi ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir.

Onun fikrincə, bunun qarşısını almaq üçün həyat tərzində kiçik, lakin təsirli dəyişikliklər kifayət edir. Mütəxəssis ilk növbədə sağlam qidalanmanı tövsiyə edir: doymuş və trans yağlardan uzaq durmaq, meyvə, tərəvəz və lifli qidaların qəbulunu artırmaq, eyni zamanda omega-3 ilə zəngin balıq, zeytun yağı kimi məhsullara üstünlük vermək vacibdir.

Bununla yanaşı, fiziki aktivlik də xolesterin səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Hər gün ən azı 30 dəqiqə açıq havada gəzmək, qaçmaq və ya velosiped sürmək, həmçinin kardio məşqlərlə məşğul olmaq ürək və damar sistemini gücləndirir. Artıq çəki isə xolesterin balansını pozduğu üçün çəkiyə nəzarət edilməli, sağlam pəhriz və müntəzəm idmanla normada saxlanmalıdır.

Siqaretin tərk edilməsi də vacib məqamlardandır. Siqaret çəkmək “yaxşı” xolesterin (HDL) səviyyəsini azaldır, “pis” xolesterin (LDL) səviyyəsini isə artırır. Siqaretdən imtina edildikdə damarların sağlamlığı bərpa olunur. Alkoqolun isə nəzarətsiz şəkildə istifadəsi həm xolesterin səviyyəsini artırır, həm də bədən çəkisinə mənfi təsir göstərir. Bu səbəbdən alkoqol qəbulunun məhdudlaşdırılması tövsiyə olunur.

Mütəxəssislər eyni zamanda həkim nəzarətinin vacibliyini vurğulayırlar. Xolesterin yüksəkliyi bəzən irsi amillərlə və ya digər tibbi səbəblərlə bağlı ola bilər. Belə hallarda dərman müalicəsi tələb oluna bilər. Mütəmadi olaraq qan analizləri vermək və həkimlə məsləhətləşmək bu problemlərin erkən mərhələdə aşkarlanmasına və nəzarət altına alınmasına şərait yaradır.

Xolesterin səviyyəsinin nəzarətsiz qalması gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə də bu problemin uşaqlar və yeniyetmələr arasında yayılması cəmiyyət üçün xəbərdarlıq siqnalı olmalıdır. Sadə, lakin davamlı tədbirlərlə bu riskin qarşısını almaq mümkündür. Sağlam həyat tərzi, düzgün qidalanma və profilaktik müayinələr bu istiqamətdə ən vacib addımlar hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyun 2025 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri