Icma.az
close
up
RU
Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib FOTO

Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında  vətəndaşlara  ödənişsiz hüquqi yardım  aksiyası keçirilib.  

Aksiyanı  giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, hazırda ölkəmizdə ictimai həyatın bütün sahələrində geniş islahatlar gedir. Bu istiqamətlərdən biri də hüquqi qanunvericilik, hüquq maarifçiliyi, vətəndaşların hüquqlarının reallaşması sahəsində şəffaflıq mühitinin yaradılmasıdır. 

Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinin bu təşəbbüsü təqdirəlayiqdir, hər vasitə ilə geniş təbliğ olunmalı və vətəndaşlarla ikitərəfli əlaqələrin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Seçicilərin pulsuz hüquqi xidmətə, ölkədə gedən böyük quruculuq prosesinə hüquqi cəhətdən dəstək verməsinə hər vasitə ilə yardım olunmalıdır. Bu gün Azərbaycan Respublikası  Vəkillər  Kollegiyasının üzvlərinin Binəqədi sakinləri ilə görüşə gəlməsi, düşünürük ki, yaxşı bir ənənəyə çevriləcədir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova seçicilərə pulsuz hüquqi yardımın göstərilməsini rayonun ictimai-siyasi həyatında mühüm bir hadisə kimi dəyərləndirib.

O, bildirib  ki, hüquqşünaslarımız sakinlərin illərdən bəri davam edən hüquqi problemlərin, ev, mənzil, mülkiyyət sahəsində mürəkkəb məsələlərin həllində yaxından yardım edəcəklər.

Sonra hüquqşünqslar Nuriyyə Abbasova və Gülgün Kərimova sakinlərin arzu və istəklərini dinləyib , qarşılaşdıqları problemlərin hüquqi cəhətdən həll yollarını göstəriblər. Vəkillər bildirib ki, bu tədbirdə seçicilər tərəfindən qaldırılan məsələlərin sona qədər həll olunmasına çalışacaqlar. Aksiyada  mənzil qeydiyyatı, evlərin qazlaşdırılması, su və işıq çəkilməsi, bank problemləri, vərəsəlik qaydaları və digər məsələlərlə bağlı vətəndaşların onlarla sorğusu operativ şəkildə cavablandırılıb  və bununla bağlı müvafiq sənədləşmə qaydaları icra edilib.

Binəqədi sakinləri aksiyanın keçirilməsindən razılıqlarını bildirmişlər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 İyun 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see234

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see162

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see119

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see118

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see118

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri