Icma.az
close
up
RU
Xətaidə Konstitusiya və Suverenlik ili çərçivəsində tədbir keçirildi Video

Xətaidə Konstitusiya və Suverenlik ili çərçivəsində tədbir keçirildi Video

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Konstitusiya və Suverenlik ili çərçivəsində "Uğura gedən yol əngəl tanımır" mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, "Koxlear İmplantlı Şəxslərə" Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir koxlear implantlı uşaqların ifasında Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Müşfiq Məmmədli, Aydın Mirzəzadə, Fazil Mustafa, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, xalq artisti Valeh Kərimov,  inkluziv xüsusiyyətlərə malik uşaqlar, şəhid ailələri, rayon ictimaiyyəti  iştirak ediblər. 

Tədbirdə çıxış edənlər bu gün amfiteatrda fərqli formatda, insan qəlbindəki mərhəmət hisslərini oyadan tədbir keçirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, əsl qüsur fiziki və əqli cəhətdən məhdudiyyət deyil, o, insanın zehnində, həyata baxışlarında, düşüncələrində formalaşır və həmin şəxslər cəmiyyət üçün təhlükəli, zərərli olurlar. Bildirilib ki, bugünkü tədbirin həsr olunduğu fiziki cəhətdən məhdudiyyətli uşaqlar öz istedadları ilə parlaq gələcəklərini müəyyənləşdiriblər. Dövlətimizin həmin uşaqlarla bağlı kifayət qədər tədbirlər həyata keçirdiyi, onlara xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Nəticədə onların həyata baxışında pozitiv meyillər yaranıb və istedadlarını göstərməkdən çəkinmirlər.

Qeyd olunub ki, hər bir vətəndaşın, hər bir qurumun ümdə vəzifəsi bu cür uşaqların öz bacarıqları ilə cəmiyyətimizi rəngləndirməsinə dəstək göstərməkdir. Bugünkü tədbirin də məhz bu amala xidmət etdiyi diqqətə çatdırılıb. Natiqlərin sözlərinə görə, görülən işlər öz bəhrəsini verir. Belə ki, cəmiyyətimizin fərqli fərdləri olan həmin uşaqların inklüziv həyata qoşulması onların müalicəsində də müsbət nəticələrə səbəb olur. Çıxış edənlər uğura gedən yolun əngəl tanımadığını, səbir, iradə və əzm tələb etdiyini deyiblər.

Çıxışlardan sonra keçirilən bədii hissədə fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

Sonda tədbirin təşkilində iştirak edən şirkət və qurumlar, o cümlədən günün qəhrəmanları olan uşaqlar təltif olunublar. Tədbir çərçivəsində, həmçinin fiziki məhdudiyyətli uşaqların çəkdikləri rəsm əsərləri də nümayiş etdirilib.











Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri