Icma.az
close
up
RU
Xətainin icra başçısı şəhid ailəsinin obyektini sökür, parkı zəbt edənə göz yumur...

Xətainin icra başçısı şəhid ailəsinin obyektini sökür, parkı zəbt edənə göz yumur...

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Bakının Xətai rayonu, Sarayevo 26 ünvanında yerləşən parkın ərazisində qanunsuz tikinti hələ də ləğv edilməyib.

Hurriyyet.az xəbər verir ki, Anaxeber.info-ya verilən məlumata görə, iş adamlarından birinin rayon rəhbərliyinin sərəncamı olmadan həyata keçirdiyi tikintinin qarşısı alınmır. Halbuki bir neçə gün əvvəl Xətai rayon rəhbərliyindən saytımıza bildirilmişdi ki, həmin tikintiyə icazə verilməyib və qanunsuzdur. O da deyilmişdi ki, sahibkar qarlı hava şəraitindən sui-istifadə edərək parkın ərazisini zəbt edib və icazəsiz tikinti aparır. Bununla əlaqədar tədbir görüləcəyi və qanunsuz tikintinin qarşısının alınacağı qeyd olunmuşdu. Lakin məsələnin üzərindən zaman keçir və hələ də sözügedən ünvanda ağaclara qənim kəsilənlər qanunsuz tikintini dayandırmayıb. Görünür ki, mətbuata verilən açıqlama da vaxt udmağa hesablanıb və işin ört-basdır ediləcəyi gözlənilib. Əslində, bu plan da təəccüb doğurmur. Çünki Xətai rayonunda dəfələrlə belə hallar olub. Yəni qanunsuz tikintidən, yaşıllıqların məhvindən media yazanda iş dayandırılıb, gündəmdən çıxandan sonra davam etdirilib. Xətai rayon icra başçısı Rafiq Quliyevin isə sələfi Razim Məmmədovdan bu mənada fərqlənəcəyi gözlənilirdi, amma dəyişən vəziyyət olmadı. Hazırki icra başçısının dövründə də özbaşınalıqlar baş alıb gedir. Sarayevo 26 ünvanında yol verilən qanunsuzluğu görəndə təbii ki, şəhid, qazi ailəsinə məxsus obyektin bir saatın içində yerlə-yeksan edilməsi yada düşür. Xətai rayon icra başçısı Rafiq Quliyev həmin məmirdur ki, şəhid ailəsinə aid əmlakı sökdürmüşdü, zərrə qədər ona ürəyi yanmamışdı, amma indi parkı zəbt edənlərə göz yumur, tikintini ərazidən yığışdırmır. Verilən məlumatda deyilir ki, artıq məsələ ilə bağlı Prezident Administrasiyasına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Baş Prokurorluğa məktub göndəriləcək. Çünki yerli icra orqanı artıq bu məsələni həll etmək həvəsində görünmür...

​​​​​​

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri