Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi vətənə qayıdıb.
QOL.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib.
Komandanın baş məşqçisi Xetaq Qazyumovun təəssüratları belə olub: “Komandamızın hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daim və qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Aprel 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















