Icma.az
close
up
RU
“PKK nın geri çəkilməsi Türkiyənin regional siyasətində strateji uğurdur” Xəyal Bəşirov

“PKK nın geri çəkilməsi Türkiyənin regional siyasətində strateji uğurdur” Xəyal Bəşirov

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

PKK terror təşkilatının Türkiyə ərazisindən bütün silahlı qüvvələrini geri çəkməsi barədə yayılan məlumatlar bölgədə yeni təhlükəsizlik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Bu proses Türkiyənin uzun illərdir davam edən antiterror əməliyyatlarının nəticəsi, həmçinin regional sabitlik üçün mühüm addım kimi dəyərləndirilir.

Gununsesi.info-ya danışan politoloq Xəyal Bəşirovun sözlərinə görə, Türkiyə uzun illərdir ki, regionda — xüsusilə də onunla həmsərhəd olan İraq və Suriya ərazilərində fəaliyyət göstərən PKK, YPG və digər terror təşkilatlarının hücumlarına məruz qalır.

“Bu dövrdə çox sayda polis və mülki vətəndaş həyatını itirib. Türkiyə dövləti, istər hazırkı iqtidar, istərsə də əvvəlki hakimiyyətlər dövründə, terrorla mübarizədən bir an belə geri çəkilməyib. Ankara hər zaman terrorun ölkə ərazisindən uzaqlaşdırılması istiqamətində ardıcıl siyasət yürüdüb. Lakin bu mübarizənin nəticələri uzun müddət gözlənilən səviyyədə olmamışdı”, — deyə o qeyd edib.

Politoloqun fikrincə, son illərdə bu istiqamətdə ciddi dönüş və uğurlar müşahidə olunur:

“Bu gün Türkiyə artıq yalnız hərbi deyil, sivil və diplomatik mübarizə vasitələri ilə də nəticə əldə edir. Suriya rejiminin 60 illik Əsəd idarəçiliyindən sonra dəyişməsi və yeni hakimiyyətin formalaşması da Türkiyənin bölgədə atdığı addımların nəticəsi kimi qiymətləndirilə bilər. İraqda da analoji proseslər gedir. PKK-nın silahı yerə qoyması və geri çəkilməsi Türkiyənin sərhədlərindən kənarda əldə etdiyi nadir və strateji uğurdur”.

X.Bəşirov vurğulayıb ki, bu cür münaqişələrin danışıqlar yolu ilə tənzimlənməsi olduqca mürəkkəb prosesdir və hərbi yoldan imtina, sivil siyasi platformalara keçid böyük diplomatik nailiyyətdir:

“Türkiyə dövlətinin mövqeyi aydındır — istər kürdlər, istər digər etnik qruplar fərq etmədən, hər kəs demokratik qaydada, seçkili platformalarda iştirak edə bilər. Silahlı mübarizə isə qəbulolunmazdır və qanun pozuntusu sayılır”.

Onun fikrincə, Suriya və İraq istiqamətində baş verən bu proseslər Türkiyənin xeyrinədir və bölgədə sülhün, sabitliyin və normal qonşuluq münasibətlərinin bərpasına zəmin yaradır:

“Bu həm də Türkiyənin regional və qlobal arenada nüfuzunu artırır. Artıq Ankara Yaxın Şərq kimi mürəkkəb və həssas bir bölgədə də sülhyaratma prosesinin aparıcı tərəfdaşına çevrilir. ABŞ prezidenti Donald Tramp dövründə başlanmış dialoqların davamı kimi bu əməkdaşlıq sülh istiqamətində real nəticələr verir. Gələcəkdə bu prosesləri Yaxın Şərqdə sülhün formalaşmasının əsas mərhələlərindən biri kimi qiymətləndirmək mümkündür”.

Gülxanım Əliyeva 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri