Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Xəyalə Dadaşova: Tarix seçmə yaddaşla yazılmır

Xəyalə Dadaşova: Tarix seçmə yaddaşla yazılmır

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəyalə Dadaşova
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru,
Qərbi Azərbaycan İcmasının üzvü

Tarixi irs, yaddaş və danışan izlər

Tarix bəzən bir daşda, bir məzarlıqda, məscidin və ya məbədin divarlarında, köhnə bir xəritədə, bir kəndin adında öz izini saxlayır. Bəzən isə nəsildən-nəslə ötürülən yaddaşda yaşayır. Buna görə də tarixi irs yalnız abidələrdən ibarət deyil; onun izləri sənədlərdə, toponimlərdə və insanların yaddaşında da qorunur.
Bu ilin sentyabr ayında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri də belə iz buraxan hadisələrdən biri kimi tarixə yazıldı.
58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən bərpa-quruculuq işləri, sosial və iqtisadi layihələr, eləcə də tarixi-mədəni irs nümunələri ilə tanış olub. Bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəri idi. Səfər çərçivəsində Gəncəsər və Xudavəng monastır komplekslərinə edilən ziyarət isə həmin abidələrin tarixi ilə bağlı həqiqətləri bir daha gündəmə gətirdi.
Ağdərə rayonunun Vəngli kəndi yaxınlığındakı Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng bu baxımdan təkcə dini-memarlıq abidələri deyil, Azərbaycanın zəngin tarixi-mədəni irsinin mühüm nümunələri kimi diqqət çəkdi.
Diplomatik korpus nümayəndələrini səfər boyunca Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Səfərin Gəncəsər və Xudavəng dayanacağında abidələrin tarixi, memarlıq xüsusiyyətləri və vəziyyəti barədə məlumat verilib.
Hikmət Hacıyev Gəncəsərin XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirildiyini və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biri olduğunu bildirib. O, işğal illərində abidələrin “bərpa” adı altında müxtəlif müdaxilələrə məruz qaldığını və bunun onların memarlıq autentikliyinə təsir etdiyini bildirib. Eyni zamanda, Azərbaycanın ərazisində yerləşən tarixi, mədəni və dini abidələrin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin mədəni irsinin ayrılmaz hissəsi olduğu, onların qorunması, mühafizəsi və bərpasının dövlət siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.
Bu məqam Azərbaycanın multikultural dəyərlərə əsaslanan dövlət mövqeyini və tarixi-mədəni irsə münasibətinin hansı prinsiplər üzərində qurulduğunu, o cümlədən tarixi irsin siyasi yanaşmalarla deyil, tarixi mənbələrin, maddi sübutların və elmi araşdırmaların işığında qiymətləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq etdi.
Məhz bundan sonra Ermənistanın bir sıra ictimai və siyasi dairələri diplomatların səfərini xoş qarşılamadıqlarını göstərən və tarixi həqiqətlərə qərəzli münasibətlərini ortaya qoyan əsassız fikirləri gündəmə gətirdilər. Sentyabrın 14-də Ermənistan parlamentində müxalifət təmsilçisi Anna Qriqoryan və parlamentin sədri Ruben Rubinyan Gəncəsərin Qafqaz Albaniyası irsi kimi təqdim edilməsini əsassız və sülh kontekstində faydasız, sentyabrın 16-da isə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bu irsi “qəbuledilməz və anlaşılmaz” hesab edərək, Azərbaycan tərəfinin mövqeyini kölgələməyə çalışdılar. Təəssüf ki, belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir və rəsmi İrəvanın sülh prosesində qeyri-səmimi mövqeyini bir daha göstərir.
Azərbaycanın öz ərazisində yerləşən tarixi-mədəni irsini necə təqdim etməsi, qoruması və öz tarixi haqqında mövqeyini ifadə etməsi onun suveren hüququdur. Bu mövqeyə kənardan etiraz edilməsi isə Azərbaycanın suverenliyinə və daxili işlərinə münasibətdə yolverilməz yanaşma olmaqla yanaşı, tarixi həqiqətlərə qərəzli münasibəti də ortaya qoyur. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri onların təmsil etdikləri dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə hörmət edən mövqeyini bir daha nümayiş etdirdi. Bu səfərə Ermənistan cəmiyyətinin və siyasi dairələrinin göstərdiyi mənfi reaksiya isə təəssüf doğurur.
Ermənistan, xüsusilə də onun siyasi dairələri həqiqəti qəbul etməlidirlər: tarix seçmə yaddaşla yazılmır və yanlış siyasi yanaşmalarla müəyyənləşdirilmir. Əsassız etiraz tarixi faktları dəyişdirmir. Bu həqiqət Azərbaycanın ayrılmaz parçası, xalqımızın dədə-baba yurdu olan Qarabağın, Şərqi Zəngəzurun və Qərbi Azərbaycanın tarixi-mədəni irsinə münasibətdə də eyni dərəcədə əhəmiyyətlidir. Gəncəsər və Xudavəngin timsalında bir daha aydın görünür ki, tarixi həqiqəti yalnış siyasi bəyanatlarla dəyişmək mümkün deyil. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Bu irsin inkar edilməsi və onun tarixi-mədəni mənsubiyyətinin təhrif olunması isə yalnız tarixə deyil, bütövlükdə bir xalqın tarixi yaddaşına münasibətdə ayrı-seçkiliyə əsaslanan yanaşmanı ortaya qoyur.
Məsələnin daha həssas tərəfi isə tarixi irsə münasibətdə ortaya çıxan ikili münasibətdir. Bir tərəfdən, Ermənistanın siyasi dairələri Gəncəsər və Xudavəngin tarixi mənsubiyyəti ilə bağlı Azərbaycanın mövqeyinə etiraz edirlər. Digər tərəfdən isə indiki Ermənistanın formalaşmağa çalışdığı ərazilərin Azərbaycanın tarixi torpaqları olduğu, Azərbaycan xalqının həmin ərazilərdə tarixən yaşadığı və zəngin tarixi-mədəni irs yaratdığı faktı qəbul edilmir.
Halbuki, tarixi-mədəni irsin qorunması beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapıb. 1954-cü il Haaqa Konvensiyası mədəni sərvətlərin silahlı münaqişə zamanı qorunmasını, onların dağıdılması və talan edilməsinin qarşısının alınmasını nəzərdə tutur. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir.
Şərqi, Zəngəzur və Qarabağda törədilən qandondurucu qətliam və digər hadisələrlə yanaşı Qərbi Azərbaycanın tarixi yaddaşında 1905–1906 və 1918–1920-ci illərin hadisələri, 1948–1953-cü illərin deportasiyası və 1987–1991-ci illərdə azərbaycanlıların növbəti kütləvi deportasiyası xüsusi yer tutur. 23 dekabr 1947-ci il SSRİ Nazirlər Sovetinin qərarından sonra 1948–1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından zorla sürgün edilib; bu hadisəyə dövlət səviyyəsində verilmiş qiymətin mühüm sənədlərindən biri Prezident Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli fərmanıdır. 8 avqust 1991-ci ildə Nüvədi kəndinin boşaldılması ilə Ermənistan ərazisində azərbaycanlıların yaşadığı sonuncu kənd də öz sakinlərini itirib; İcmanın məlumatına görə, həmin vaxt burada 1 700-dən çox azərbaycanlı yaşayırdı.
Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan İrsi” tədqiqat seriyasının ilk cildində indiki Ermənistan ərazisindəki 201 qəbiristanlıq peyk və topoqrafik xəritələrdən və konkret faktlardan istifadə edilməklə araşdırılıb. İcmanın məlumatına görə, həmin qəbiristanlıqlardan 46-sı tamamilə yer üzündən silinib, 153-ü dağıdılıb, yalnız biri salamat qalıb; İrəvan Göy Məscidi istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscid və 500-dən artıq qəbiristanlıq da dağıdılıb.
Bu faktların araşdırılması tarixi yenidən yaratmaq deyil, mövcud izləri daha dərindən üzə çıxarmaq, sənədləri, xəritələri, toponimləri və maddi-mədəni irsi sistemləşdirməkdir. Elm bizim üçün tarixi yenidən yaratmır; tarixin artıq mövcud olan izlərini daha dərindən üzə çıxarır. Tarixi araşdırmaq geri çəkilmək deyil; əksinə, tarixi mövqeyi daha möhkəm elmi əsaslarla ortaya qoymaqdır.
Bu istiqamətdə aparılan araşdırmaların davamı olaraq, 22 sentyabrda Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Qafqaz Albaniyasının mədəni irsinin öyrənilməsi üzrə İşçi Qrupu yaradılıb. Qrup tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsindəki kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini arxiv sənədləri və digər ilkin mənbələr əsasında daha dərindən araşdıracaq. Bu, həmin istiqamətdə aparılan tədqiqatların davamı və onların elmi əsaslarla daha da sistemləşdirilməsi baxımından mühüm addımdır.
Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun layihəsi çərçivəsində Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastır komplekslərində aparılması nəzərdə tutulan tarixi, arxeoloji və etnoloji tədqiqatlar da bu araşdırmaların davamlı xarakter daşıdığını göstərir. Layihə çərçivəsində abidələrin tarixi inkişafı, işğal dövründə aparılmış qanunsuz arxeoloji qazıntılar, mənimsəmə və yenidən aidləşdirmə istiqamətində fəaliyyətlər, eləcə də abidələrə edilmiş dəyişikliklər araşdırılacaq.
Bu yaddaşın gələcək nəsillərə ötürülməsi də mühüm məsələdir. Gənc nəslin tarixi irslə tanış olması, onun öyrənilməsi və yaddaşda yaşadılması istiqamətində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının həyata keçirdiyi təşəbbüslər alqışalayiqdir.
Qərbi Azərbaycanın tarixi-mədəni irsi mənim üçün də yalnız araşdırılan bir tarix deyil. Mənim dədə-babalarım həmin torpaqlardandır. Bu torpaqların adları, orada yaşanmış həyat və doğma yurddan didərgin düşməyin yaddaşı nəsildən-nəslə ötürülüb. Ona görə də bu mövzu mənim üçün həm Azərbaycanın tarixi, həm də nəsildən-nəslə ötürülən soy-kök yaddaşımın bir parçasıdır.
Məhz buna görə tarixi yaddaşın qorunması yalnız keçmişi xatırlamaq deyil. Bu, mövcud tarixi izləri araşdırmaq, sənədləşdirmək, elmi əsaslarla gələcək nəsillərə çatdırmaq və tarixin özünün danışmasına imkan verməkdir. Gəncəsərdən Xudavəngə, Qarabağ və Şərqi Zəngəzurdan Qərbi Azərbaycana qədər uzanan bu yaddaşın hər bir izi araşdırıldıqca tarix daha aydın görünür.
Tarix siyasi mövqeyə uyğun dəyişmir. Tarix seçmə yaddaşla yazılmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see317

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see226

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see215

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see208

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see207

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see202

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see201

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see201

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see200

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see200

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see198

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see198

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see197

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see196

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see195

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see192

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see192

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see192

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see169

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri