Icma.az
close
up
RU
Xəyanət etdiyi qadının hamilə olduğunu bildim MƏHKƏMƏ

Xəyanət etdiyi qadının hamilə olduğunu bildim MƏHKƏMƏ

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Cəlil qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zümrüdə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Şamaxı rayon sakini Cəlil  ailə-məişət və şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı Zümrüdün baş, burun, bel və kürək nahiyyələrinə yumruq ilə vurub. 
Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə Zümrüd ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşuq. Birgə nikahdan 3 övladımız var. Ailə həyatı qurduqdan sonra Zümrüdlə mənə məxsus evdə yaşamışıq. Məlum hadisə günü yaşadığım evə yollandım və həyat yoldaşım əsəbi olduğunu gördüm. Mən Zümrüddən nə üçün əsəbi olduğunu soruşdum. O da mənim telefonla hər hansı bir qadınla danışdığımı dedi. Zümrüdə həmin mesajların keçmişdən qaldığını dedim. Lakin Zümrüd sözlərimə inanmadı. Buna görə də mübahisəni davam etdirmədim. Zümrüd ünvanıma nalayiq ifadələr işlətdiyi üçün istəmədən də olsa əsəbi halda yumruqla onun burnuna və başına vurdum. Daha sonra əsəbim soyumadığı üçün Zümrüdü divanın üzərinə yıxdım və ona bir neçə yumruq zərbəsi vurdum. Bizim  mübahisələrimiz qısqanclıq zəminində olub. Zümrüd məni müxtəlif vaxtlarda tanımadığım qadınlara qısqanıb”.
İş üzrə zərərçəkmiş Zümrüdün sözlərinə görə, əri Cəlil təxminən üç ildən çox olar ona xəyanət etdiyini bilib: “Buna görə də aramızda dəfələrlə mübahisə düşdü. Sonuncu dəfə saat 21:00-da Cəlilin mənə xəyanət etdiyi qadının hamilə olduğunu bildim. Buna görə də ona öz iradımı bildirdim. İraddan əsəbləşən Cəlil ilk öncə yumruq zərbəsi ilə əvvəlcə burnuma və başıma, daha sonra təpiklə qarnıma və belimə vurdu. Daha sonra saçımdan tutaraq sürüdü. Cəlil məni divanın üzərinə sürüdükdən sonra üz və müxtəlif nahiyələrimə vurmağa başladı. Məni buraxdıqdan sonra ayağa qalxa bilmədim və bir neçə dəqiqədən sonra ayaqyolunda burnumun qanını sildim”.
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri