Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Xəyanətin memarı və onun çöküşü Ramiz Mehdiyev torpaqlarımız geri alınanda da...

Xəyanətin memarı və onun çöküşü Ramiz Mehdiyev torpaqlarımız geri alınanda da...

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ramiz Mehdiyevin xəyanətinin xronologiyası və acı aqibəti…

Ramiz Mehdiyevin Azərbaycan xalqına, dövlətçiliyinə qarşı qənim kəsilərək törətdiyi cinayət xarakterli siyasi və hüquqi əməllərindən, xəyanətindən qalaq-qalaq kitablar yazmaq olar. Odur ki, Ramiz Mehdiyev təsadüfən Azərbaycanı başqa bir ölkənin əlində “marionet” dövlətə çevirmək üçün dəridən-qabıqdan çıxıb canfəşanlıq edən “5-ci kolon”un rəhbəri hesab edilmir.

1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edən Azərbaycanı Avrasiya coğrafiyasında hansı potensial rola malik olacağını görən qüvvələr və ölkələr ölkəmizin nəinki əldə etdiyi müstəqilliyi beşiyindəcə boğmaq, ümumiyyətlə, siyasi xəritədən silinməsi üçün ən müxtəlif planlarını həyata keçirməyə çalışdılar. Lakin 1993-cü ildə Azərbaycanın yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə proseslər tamamilə başqa səmtə yönəldi. Azərbaycanın müstəqilliyi dönməz xarakter alaraq davamlı inkişaf mərhələsinə qədəm qoydu. Amma düşmənlər yenə də sakit durmadı. Həm xaricdən, həm də daxildən Azərbaycanı çökdürmək üçün ən çirkin planlara əl atdılar.

Bunun üçün həmin xarici güclər və ölkələr Azərbaycanı daxildən çökdürmək üçün xəyanətə hazır sadiq nökərlərindən istifadə etdilər. Onların əli ilə Azərbaycanda hələ XX əsrin 30-cu illərində İspaniyada sınaqdan çıxan və daha sonra dünya praktikasında “5-ci kolon” taktikasından istifadə etməyə başladılar. “5-ci kolon” daxildə olan və düşmən tərəfindən idarə olunan casuslar, təxribatçılar, diversantlar və sabotajçılardan ibarət ordudur. Bu da təbiidir, çünki siyasətdə və müharibələrdə satqınlar ən çox ehtiyac duyulan “mal” olublar və belə də qalmaqdadırlar. Müasir dövrdə “5-ci kolon” daha təkmil və daha mütəşəkkil fəaliyyət göstərir. Bugünkü “5-ci kolon” dövlətin və cəmiyyətin ən müxtəlif sahələrini əhatə edərək koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Onlar fəaliyyət missiyasına görə bir neçə qrupa bölünürlər: qısa, orta və uzunmüddətli. Məsələn, diversantlar, təxribatçılar, terrorçuların işi daha çox qısa müddətlidir. Azərbaycanda da “5-ci kolon”un bu qrupunun yetərincə diversiya, təxribat və terrorçu əməlləri həyata keçirilib. Biz bunun təkcə Ermənistan-Azərbaycan müharibəsində və cəbhə xəttində deyil, eyni zamanda ölkə daxilində ictimai-siyasi sabitliyi pozmaq istiqamətində də diversiya, təxribat, sabotaj və terror aktlarının şahidi olmuşuq. Ulu öndər Heydər Əliyev və daha sonra onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan nə zaman uğurlara imza atıbsa, biz “5-ci kolon”un əli ilə belə hərəkətlərin şahidi olmuşuq. Bakı metrosunda törədilən terror aktları, ADNA-dakı terror, Ulu öndər Heydər Əliyevin təyyarəsinə qarşı terror cəhdi, hərbi qiyam cəhdləri, Quba, İsmayıllı, Gəncədəki məlum hadisələr, Mingəçevir SES-dəki sabotaj, AZAL təyyarəsinə qarşı hücumlar və digərlərini qeyd etmək olar.

“5-ci kolon”un fəaliyyətinin bütün komponentlərinin tətbiq olunmasının tipik nümunəsi Azərbaycan Ordusuna qarşı törədilmiş “Tərtər işi”dir. Azərbaycan ordusunun Ermənistanın işğalçılıq siyasətinə təkbaşına həll etmək gücünə və qüdrətinə malik olmasını görən düşmənlər belə bir cinayətə əl atıblar. Həmin cinayətin törədilməsinin bir neçə hədəfi olub: dövlətin müdafiə qabiliyyətinin zəiflədilməsi, xalqda orduya etimadsızlığın formalaşdırılması, sosial-iqtisadi vəziyyətin ağırlaşdırılması, dövlətin onun əsas xarici tərəfdaşlarında etibarsızlaşması, terror, məhkəmə-hüquq sisteminin iflası və s.

Amma casuslar, “təsir agentləri”, sabotajçılar, dövlət qulluğunda, siyasi və vətəndaş cəmiyyəti institutlarında yerləşənlər isə uzunmüddətli plana uyğun olaraq fəaliyyət göstərirlər. Onların işi əsasən ölkəni daxildən çökdürmək üçün müxtəlif sabotajlara əl atmaq və cəmiyyətdə özlərinə uyğun ictimai rəy formalaşdırmaqdır. Casuslar, “təsir agentləri” və sabotajçılar uzunmüddətli nəticələrə — dövlət institutlarının sıradan çıxarılmasına, iqtisadiyyatın çökdürülməsinə, ölkənin müdafiə qabiliyyətinin sarsıdılmasına yönələn fəaliyyət həyata keçirirlər. Onların məqsədi cənab Prezidentin vətəndaşların rifah halının yaxşılaşdırılması, vətəndaş məmnunluğu yaradılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı islahatlara kölgə salmaq üçün prosesləri tormozlamaq, ləngitmək və başqa səmtə yönəltməklə ictimai narazılıq yaratmaqdır.

Nəticədə isə cəmiyyətdə acizlik hissi və təslimçilik əhvali-ruhiyyəsi yaranır.

Bu şəbəkə əhatəli olduğu üçün biz onların 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə də şahidi olduq.

Qeyd etmək lazımdır ki, Rusiya Cənubi Qafqazda öz imperiya maraqlarını təmin etmək istədiyindən Azərbaycanda güclü “5-ci kolon” formalaşdırıb. Bu xəyanətkar “ordu”ya isə öz sadiq nökərlərindən olan Ramiz Mehdiyevi “komandan” təyin edib. Düzdür, o tək olmayıb. Bu xəyanətkar “ordu”nu idarə edəcək digər əsas fiqurlar da olub. Hər birinin öz “missiyası” olub. Pərdə arxasında bütün bu prosesləri idarə edən Ramiz Mehdiyev olduğundan “boz kardinal” adını da oradan alıb. Mehdiyevin “komandanı” olduğu bu xəyanətkar “dəstə” dövlətin və iqtidarın ən yüksək pilləsində təmsil olunanlardan tutmuş, ən radikal müxalifətədək geniş şəbəkəni əhatə edir.

Cənab Prezident İlham Əliyev başda Ramiz Mehdiyev olmaqla zaman-zaman xalqına və dövlətinə qarşı bu xəyanətkar "dezertir ordusu"nun digər üzvlərini davamlı olaraq ifşa edir. Lakin hələ də onların tör-töküntüləri ifşa olunmayıb və fəaliyyətlərini davam etdirirlər. Onlar özlərini “maskirovka” edərək cild dəyişməklə məşğuldurlar. Amma unudurlar ki, onların da zamanı gələcək.

Ramiz Mehdiyevin Azərbaycan dövləti və xalqına olan nifrəti o qədər böyükdür ki, bu səbəbdən də cəmiyyət onun nə İkinci Qarabağ Müharibəsi nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, nə də nəticədə Ermənistanla sülhün əldə edilməsini təqdir edən bir cümləsini eşidib. Onun bu xalqa və dövlətə nifrəti o qədər böyük olub ki, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq, prosesləri geri qaytarmaq, Azərbaycanı yenidən vassal bir ölkəyə çevirmək üçün Rusiyadakı ağalarına arxalanaraq dövlət çevrilişinə cəhdlərdə bulunub. Bunun üçün əlini Azərbaycan xalqının qanına bulamağa da hazır olduğunu ortaya qoyub. AZAL-ın təyyarəsinin vurulması isə bunun bariz nümunəsidir. Amma unutdular ki, onların arxalandıqları dövlətlər onların bu niyyətlərini bəyənsələr də, bunu həyata keçirmək gücündə deyillər. Əksinə, Ramiz Mehdiyev kimi xəyanətkarların arxaladıqları xarici güclər və ölkələr artıq bu gün Azərbaycandan asılı vəziyyətdədir.

Bu gün Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin liderliyi altında elə bir səviyyəyə yüksəlib ki, “5-ci kolon”lar heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanı sevməyən ölkələrin liderləri belə cənab Prezident İlham Əliyevin yaratdığı reallığı qəbul edərək ona uyğun fəaliyyətlərini qurmaya məcburdurlar. Çünki bilirlər ki, Azərbaycanın yaratdığı reallığa uyğun fəaliyyət göstərməmələri onlar üçün yaxşı heç nə vəd etmir. Məhz Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsinə uyğun olaraq Bakının şərtlərini qəbul etməsi bunun aydın sübutudur.

Son olaraq qeyd edək ki, Ramiz Mehdiyev bu gün Azərbaycan dövləti və xalqına qarşı etdiyi xəyanətlərə görə ədalət mühakiməsinə cəlb olunubsa, “5-ci kolon”un digər üzvləri də eyni qayda ilə ədalət məhkəməsi qarşısında etdiklərinin bədəlini ödəyəcəklər.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri