Icma.az
close
up
RU
Xəyanətin bütün çalarlarına bürünən Ramiz Mehdiyev və daxildəki Ohanyan xətti nin darmadağın edilməsi...

Xəyanətin bütün çalarlarına bürünən Ramiz Mehdiyev və daxildəki Ohanyan xətti nin darmadağın edilməsi...

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın dövlətçilik tarixinin xüsusən son illəri bundan sonrakı bütün tariximiz boyu unudulmayacaq bir çox mühüm hadisələrlə yadda qalır. Heç şübhəsiz ki, bu tarixin şanlı səhifələrinin yazılmasında Azərbaycanın milli maraqlarına sarsılmaz bağlılıq ön planda dayanır.

Sözügedən tarixi dövrdən danışarkən, heç şübhəsiz, 44 günlük Vətən savaşının bütün aspektləri üzrə nəzərdən keçirilməsi önəm daşıyır. Çünki bu müharibə sadəcə təcavüzkar qüvvələrə qarşı yönəlməmiş, həmçinin daxildəki ölkənin maraqlarına xəyanət edənlərin ifşası prosesinin startı ilə əlamətdar olmuşdur.

Bəs bu daxili təmizlik prosesi dedikdə nəyi nəzərdə tuturuq?

Uzun illər ərzində ölkənin siyasi sisteminə nüfuz etmiş, Azərbaycanın maraqlarını xarici dövlətlərin maraqlarına satan, öz xalqına, millətinə xəyanət etmiş qüvvələrin "tərk-silah edilməsi" daxili təmizlik prosesinin ən mühüm həlqəsidir.

2019-cu ilə nəzər salaq. Həmin il Azərbaycanda varlığını gizlicə davam etdirməyə və zaman-zaman baş qaldıraraq öz varlığını göstərməyə çalışan "beşinci kolon"un "ağsaqqalı", "boz kardinal" adlandırılan Ramiz Mehdiyev ilk olaraq "tərk-silah" edildi. Vəzifəsindən yola salınan "ağsaqqal" buna qədər də öz əvvəlki nüfuzunu itirmiş olsa da, bu proseslə artıq təmsil etdiyi qüvvələrə qarşı mübarizənin yeni mərhələsinin startı verilmişdi. Bir vaxtlar qılıncının hər iki tərəfi kəsən Ramiz Mehdiyev 2019-cu ildə vəzifədən azad edildikdən sonra özünü guya "elmi fəaliyyət"ə həsr etmişdi.

Bu prosesin davamı kimi Mehdiyevin silahdaşlarından hesab olunan Nəcməddin Sadıkov ətrafında baş verənləri xatırlatmaq da yerinə düşər. Vətən savaşının başladığı taleyüklü bir məqamda Azərbaycanın milli maraqlarına xəyanətin simvollarından birinə çevrilmiş general-polkovnik də "ağsaqqal"ı Ramiz Mehdiyev kimi vəzifəsindən uzaqlaşdırılmışdı. Bu proses dövlətin daxilində uzun illər kök salmış xəyanət şəbəkəsinə vurulmuş öldürücü zərbə idi və Azərbaycanı Zəfərə aparan yolda xaricdə olduğu kimi daxildəki düşmənlərdən təmizləmək də bir o qədər önəmli idi.

Hadisələrin xronologiyasına nəzər saldıqda görürük ki, ermənilərin "keçilməz", "sarsılmaz", "dağıdılmaz" "Ohanyan xətti"ni darmadağın etmək qədər, daxildə öz xalqına, dövlətinə qarşı eyni səddi yaratmağa cəhd edənlərin xain əməllərinin ifşası da məhz darmadağın xarakteri daşıyırdı. Azərbaycan dövləti məhz sapı özümüzdən olan baltaları "tərk-silah" etməklə prosesə başlamış və bundan sonra tarixi Zəfərimizi şərtləndirən digər addımlar daha inamlı və etibarlı şəkildə atılmışdı.

Ancaq hadisələrin bu istiqamətdə inkişafı şəbəkənin tam olaraq çökdürülməsi anlamına gəlmirdi. Ötən gün yayılan xəbərlə bu şəbəkə ilə mübarizənin özünün kulminasiya nöqtəsinə çatdığını demək mümkündür. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) özlüyündə dövlətin daxilində zərərsizləşdirilmiş xəyanət şəbəkəsinin - milli maraqlarımızı durmadan zəhərləməyə çalışan bu mənfur ilanın başının əzilməsi üçün yekun zərbənin vurulması anlamına gəlir.

Uzun illər rəhbər vəzifədə çalışdığı halda Azərbaycanın maraqlarını xarici qüvvələrə satmaqla məşğul olan Ramiz Mehdiyev artıq öz saydığını çoxdan sayıb, indi onun üçün əsl yerinə düşən ifadə "gör fələk nə sayır?" ifadəsidir. Arxalandığı qüvvələrin, formalaşıb "böyüdüyü" imperiya maraqlarının əbədiyyətə qədər dadına çatacağını düşünən "boz kardinal" üçün bu gün hesab vermək vaxtıdır.

Bütün siyasi karyerası ərzində Mehdiyev xəyanət kəndirini boynundan asıb, böyük qürurla qəhrəmanlıq medalı kimi daşısa da, onun əsl mahiyyəti heç vaxt gizlin qalmayıb. Siyasi müstəvidə hər anın öz hökmü olduğu kimi, Mehdiyevin də dövranın döndüyü gün çoxdan çatmışdı. 2019-cu ildə baş verən "tərk-silah" prosesi ilk həmlə olsa da, eyni zamanda bu xəyanət şəbəkəsi və onun başında duran Ramiz Mehdiyev üçün xəbərdarlıq siqnalı idi.

Görünür imperiyanın son tör-töküntülərindən olan və hər zaman xülyalarla yaşayan Mehdiyev mindiyi xəyanət qatarının çoxdan sıradan çıxdığının fərqinə vara bilmədi. İllərlə Azərbaycanın müstəqil siyasi xəttinə gizlidən-gizliyə müqavimət göstərən, qüdrətli Azərbaycan dövlətini özü və təmsil etdiyi maraqlar üçün böyük təhdid olaraq görən Mehdiyev eyforiyadan ayıla bilmədi. Əlində yalnız xəyanət qılıncının sapı qalsa da, o hələ də qılıncının hər iki üzünün kəsdiyinə inandırdı özünü. Xülyalara qapılıb, xəyanət karvanına qoşulanların hamısının sonu isə eynidir: Ədalət qarşısında cavab vermək, boynuna keçirdiyi xəyanət zəncirinə dolanmaq və əbədiyyətə qədər xain olaraq xatırlanmaq...

Ramiz Mehdiyevin qulluq etdiyi maraqlar, qonşu ölkədəki havadarları onda özünə çox böyük inam yaradıb ki, "boz kardinal" hətta 2022-ci ildə AMEA-dakı vəzifəsindən rüsvayçı şəkildə uzaqlaşdırılmasından sonra da öz "yolundan dönmədi". Bakıda oturub, Moskva havası ilə nəfəs alan, əsarətin əlaltılarına bəxş etdiyi "qüdrətin" səfillikdən başqa bir şey olduğunu dərk etməyən, doğulub böyüdüyü Vətəninə xəyanəti illər ərzində sistemli və "layiqli" şəkildə həyata keçirən Mehdiyev AMEA-dan qovulmasının onun üçün yaxınlaşan ədalət məhkəməsinin son çağırışları olduğunu da dərk edə bilmədi. O, son ana qədər - ədalətin caynaqlarından yaxa qurtara biləcəyini zənn edirdi və görünür elə buna görə də, xarici xüsusi xidmət orqanlarına donoslar ötürməyə davam edir, Azərbaycanda dövlət çevrilişi üçün çağırışlarından əl çəkmirdi.

Ramiz Mehdiyevin radikal müxalifətlə ifşa olunan əlaqələri, "beşinci kolon"un fəaliyyətində oynadığı rol, xarici havadarlarına olan sədaqəti onun həbsinin xəyanət şəbəkəsi ilə mübarizənin ən mühüm həlqəsi olduğunu deməyə əsas verir. Ancaq mübarizə və ifşa prosesi bununla bitməyəcək. Mehdiyevin Azərbaycan dövlətçiliyinə və milli maraqlarına vurduğu zərbələr qədər onun əlaltısı olan kadrların - xəyanət şəbəkəsinin gizli fəaliyyəti də ifşa olunacaq. Özündə dövlətçiliyimizə təhdid yaratmaq və milli maraqlarımızı imperiya maraqlarına satmaq "qüdrəti" görən şəbəkə çökənə qədər Mehdiyevlə başlayan zərərsizləşdirmə prosesi davam edəcək. Heç şübhəsiz ki, Ramiz Mehdiyevin bilinən və bilinməyən - özünü gizlətdiyini zənn edən "silahdaşları" da bu prosesdən öz nəsiblərini alacaqlar.

Yekun nəticə odur ki, Azərbaycanın siyasi arenadakı uğurları və artan qüdrəti fonunda artıq milli maraqlarımızı satanlara, müstəqil və qüdrətli Azərbaycanı hər vəchlə geri çəkmək niyyətində olanlara qarşı mübarizə sarsılmaz qətiyyətlə davam edəcək. "Boz kardinal"dan sonra sıra xəyanətin istənilən çalarına bürünmüş digər xainlərə də mütləq gələcək. Çünki xəyanətin bütün çalarlarına bürünmüş Ramiz Mehdiyevin sonu budursa, onun əlaltılarını da layiq olduqları sona qovuşdurmaq çətin olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see320

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see228

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see165

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see135

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see125

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see125

Ukraynada dronlara qarşı müdafiə üçün helikopter qrupları yaradılacaq

14 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri