Icma.az
close
up
RU
Xəyanətini tutdum Bibisi qızını 11 bıçaq zərbəsi ilə öldürənin MƏHKƏMƏSİ

Xəyanətini tutdum Bibisi qızını 11 bıçaq zərbəsi ilə öldürənin MƏHKƏMƏSİ

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisəyə yoldaşının ona xəyanət etməsi səbəb olub:

“2016-cı ildən evli idik. 3 övladımız var idi. Münasibətlərimiz yaxşı olub. Ona telefon işlətməyi qadağan etmişdim. Buna səbəb əvvəllər də onun başqasıyla eşq yaşaması idi. O zaman da onun sevgi mesajlarını tutmuşdum. Bunun üçün biz hətta bir müddət ayrı yaşadıq. Sonra barışdıq. Bundan təxminən 10 gün sonra təkrar onun xəyanətini tutdum. Ona bıçaqla zərbələr endirdim. Həmin an məqsədim onu öldürmək idi”.

Təqsirləndirilən hadisəni törədərkən içkili olduğunu bildirib:

“Hadisə günü mən məhəllədəki kafedə içki içdim. Sonra evə gəldim. Ona bıçaqla 3 zərbə vurdum. Lakin ekspertiza 11 zərbə vurduğum barədə rəy verib. İçkili olmasaydım hadisəni törətməzdim. Özümü  təqsirli bilirəm”. 

Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə,  qızına qoyulan telefon qadağasından xəbəri var idi:

“Bəxtiyara öz balam kimi baxmışam. Çünki o mənim qardaşımın əmanətidir. Mən Bəxtiyara dəfələrlə dedim ki, telefona icazə versin. Lakin məni dinləmədi. Bunun üçün hətta 2 ay ayrı yaşadılar. Sonra mən Bəxtiyara boşanmaq üçün aidiyyati üzrə müraciət edəcəyimi dedim. Bəxtiyar maddi durumuna görə indi yox, yanvarda boşanacağını dedi. Mən onlara hər zaman dəstək olmuşam. Bəxtiyara maşın belə aldım. Lakin o, məndən balamı aldı”.

Samirə Həsənova bildirib ki, hadisə ilə bağlı ona oğlu məlumat verib:

“Oğlum mənə hadisəni dedi. Ora getməyə ürəyim gəlmədi. Xəstəxanaya yollandım. Bəxtiyarı görmədim. Onun polisə gedərək təslim olduğunu eşitdim. Onu bağışlamıram. Şikayətçiyəm”.

Məhkəmə 19 fevralda davam etdiriləcək. 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada ölüb. 

Hadisənin ailədaxili qısqanclıq zəminində törədilməsi bildirilir.

Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri