Icma.az
close
up
RU
Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə...

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə...

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisəyə səbəb yoldaşının ona xəyanət etməsi olub.

"Qadağan etməyimə baxmayaraq, məndən xəbərsiz telefon işlədirdi ", - o söyləyib.

Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə, qızına qoyulan telefon qadağasından xəbərdar olub:

"Qızım həmişə deyirdi ki, Bəxtiyar telefon işlətməyə icazə vermir. Mən də Bəxtiyara söyləyirdim ki, işi üçün lazımdır, balalarına, sənə yardım etmək üçün işləyir. İki ay idi, onları ayırmışdım. Qızım "Bəxtiyar məni öldürəcək" deyirdi. Mən də söyləyirdim ki, o belə şey etməz".

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyev yaşadıqları fərdi evdə arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti məhkəmə iclası fevralın 19-na təyin olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri