Icma.az
close
up
RU
Xeyr, bu artıq toy deyil, nədirsə, başqa şeydir KÜNCDƏN BAXIŞ

Xeyr, bu artıq toy deyil, nədirsə, başqa şeydir KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elçin Bayramlı

Bu gün ailə qurulmasını qeyd etmək üçün keçirilən mərasimlərə “toy” demək düzgün deyil. Bu mərasimlərin Azərbaycan toyu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Rahatca demək olar ki Azərbaycanın milli toy ənənəsi ləğv edilmiş, onun yerinə eybəcər bir “müasir” mərasim növü qoyulmuşdur. Ona görə də, buna başqa bir ad tapmaq lazımdır. Çünki, hazırda toy adı ilə keçirilən mərasim konkret olaraq toy deyil, bu, sadəcə olaraq, çox biabırçı bir şou və əyləncə mərasimidir.

Hazırki mərasim forması 21-ci əsrin əvvəlindən başlayaraq tətbiq olunur və və getdikcə də eybəcərləşir. Hədsiz hoqqabazlıqlar, müxtəlif dəbdəbə, görməmişlik elementləri, özünü göstərmək meyli, dəhşətli israfçılıq və saysız-hesabsız oyunbazlıqlardan ibarət qəribə bir məclisdir. Bunun nə tarixi əsası var, nə mənəvi, nə sosial, nə də milli dəyəri.

Qədimdən bəri bizim toy mərasimlərimiz çox sadə və təbii təşkil olunan el şənliyi formasında, mədəni çərçivədə baş tuturdu. Sovet dövründə də toylarımız çox sadə, normal və mədəni şəkildə keçirilirdi.

Amma indiki “toy” adlandırılan mərasimlər Azərbaycanın milli-mənəvi irsinə, mədəniyyətinə və milli dəyərlərinə heç bir aidiyyəti olmayan əyləncə və yeyib-içmək mərasimidir. Bu, dəhşətli və dünyada analoqu olmayan bir mərasimdir.

Əslində toy mərasimi, ailənin qurulmasının yaxın adamlarla birlikdə qeyd olunması deməkdir. Lakin bugünkü mərasimlərdə ailə məsələsi kölgədə qalır, tamam başqa mövzular ön plana çıxır.Ön planda insanların dəbdəbə nümayiş etdirməsi, 50 cür qida məhsulunu mədəyə dolduuması və sarsıdıcı dərəcədə yüksək səslə əcaib mahnılara atılıb düşməkdir.

Toy mərasimi yalnız yaxın qohumların və dostların iştirakı ilə keçirilə bilər. Burada nikah mərasimi təşkil olunmalı, yeni ailəyə təbriklər və arzular deyilməli, yüngülvari yemək-içmək, musiqi və oynamaq da normal qaydada baş tuta bilər.

Qalan bütün hoqqabazlıqlar isə toya heç bir aidiyyəti olmayan, sadəcə əyləncə məqsədli, süni və qeyri-milli şou tədbirlərdir. Son dövrlər toylarımızda milli mahnılara demək olar ki, rast gəlinmir. Hətta “Vağzalı” belə dəyişdirilib. Onların yerini xarici mahnılar, küçə musiqiləri və müxtəlif bayağı mahnılar tutub. Bunlarla yanaşı, saysız-hesabsız hoqqabazlıqlar müşahidə olunur.

Bu gün keçirilən toy mərasimləri, əslində, böyük bir biznes strukturuna çevrilib. Məqsəd yalnız toy sahibini daha çox pul xərcləməyə vadar etməkdir. Nəticədə bir çox ailələr borca, sələmə düşür və maddi baxımdan ağır vəziyyətlər yaşayırlar.

Maraqlıdır ki, dəbdəbəli və şou xarakterli toyların əksəriyyəti sonradan boşanma ilə nəticələnir. Halbuki sadə və səmimi keçirilən mərasimlər uzunömürlü və möhkəm ailələrin təməlini qoyur. Bu, mənim şəxsi müşahidəmdir və bunu dəfələrlə görmüşəm.

Normal toy, dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də sadə, mənalı və ailə dəyərlərinə əsaslanan formada təşkil olunmalıdır. Maksimum 100 nəfərin iştirakı ilə, yaxın qohumlar və dostların bir araya gəldiyi, səmimi, təbii bir mərasim olmalıdır. Bəylə gəlin təbrik edilir, ürək sözləri deyilir, həzin musiqi səslənir, yüngül qəlyanaltılar verilir və mərasim 2-3 saat ərzində yekunlaşır.

İnsanlar ailə qurarkən maddi deyil, mənəvi dəyərlərə üstünlük verməlidirlər. Maddi zənginlik nümayiş etdirmək, özünü başqalarına göstərmək, çoxlu pul xərcləyib diqqət çəkməyə çalışmaq ailəyə heç bir fayda vermir- əksinə, zərər vurur, xüsusilə də maddi baxımdan.

Bu gün toy mərasimləri əsasən musiqi, dekorasiya, foto-video çəkiliş və iaşə sahələrində xidmət göstərən sahibkarlar üçün gəlir mənbəyinə çevrilib. Qazananlar yalnız onlardır, amma ailə bu dəbdəbənin yükünü uzun illər boyu daşımaq məcburiyyətində qalır.

Üstəlik, bu məclislərdə yüksək səsli musiqi ilə sanki bir növ “akustik terror” yaradılır, insanların beyin hüceyrələri məhv edilir. 50-60 növ yemək, üçmərtəbəli süfrələr, saysız-hesabsız israfçılıq həm sosial, həm mənəvi baxımdan qəbuledilməzdir.

Çox mənfi bir tendensiya formalaşıb. Bəzi insanlar bunu dəb halına gətirir və getdikcə daha da cızığından çıxır. Toy mərasimləri günbəgün daha şişirdilmiş və ifrat xərcli xarakter alır. Artıq vəziyyət o həddə çatıb ki, gənclər evlənməkdən çəkinir– çünki bir toyun xərci 30-50 min manata qədər yüksəlir. Bu isə əhalinin böyük əksəriyyəti- yəni təxminən 80 faizi üçün əlçatmazdır.

Nəticədə, bu hal evliliklərin qarşısını alır. Borc götürüb toy edən cütlüklər uzun illər kredit ödəməyə məcbur qalır. Bu da ailə daxilində narazılıqlara, maddi və mənəvi problemlərə gətirib çıxarır. Belə olan halda toy, ailənin təməlini qoymaq əvəzinə, ona zərər vermiş olur.

Bütün bu amillər nəticə etibarilə Azərbaycan toy ənənəsini və toy mədəniyyətini ciddi şəkildə zədələyib. Normal yanaşma odur ki, insanlar ailə qurarkən sadəcə nikah bağlayıb, yaxın ətrafın iştirakı ilə sadə və səmimi bir mərasim keçirsinlər. Dəbdəbədən uzaq, minimum maddi xərclə, bahalı cehiz və ləvazimatsız, təbii şəkildə həyatlarına başlasınlar. Əslində, bu, sağlam düşüncəli insanların seçimi olmalıdır.

Ən əsası itirdiyimiz milli Azərbaycan toyunu geri qaytarmalı, bu müasir biabırçlığa son qoymalıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri